Azərbaycan millət vəkilləri ABŞ prezidenti Barak Obamanın Azərbaycanda medianın vəziyyəti ilə bağlı fikirlərini tənqid ediblər
Deputat Qənirə Paşayeva ABŞ prezidentinin Azərbaycanla bağlı fikirlərini ədalətsiz adlandırıb. O bildirib ki, Azərbaycanın Zimbabve, Özbəkistan kimi ölkələrlə müqayisə etmək düzgün deyil: “Xarici İşlər Nazirliyi ABŞ-ın Azərbaycandakı səfirlini dəvət edib, məsələyə aydınlıq gətirməlidir. Niyə Ermənistan kimi qeyri-demokratik ölkəyə eyni münasibət göstərib onların adı çəkilmir?”
Deputat Səyavuş Novruzov Azərbaycan mətbuatının vəziyyətinin Avropa ilə eyni, ABŞ-dan isə üstün olduğunu iddia edib: “Ermənistanda ötən il baş verən mart hadisələri zamanı bütün mətbuat qapanmışdı. Niyə bununla bağlı bir kəlmə də demədilər? Bilmirəm səfirlik işləmir, ya doğru məlumatlar çatdırılmır?”
Deputat Xanhüseyn Kazımı da məsələ ilə bağlı Azərbaycan XİN-in tədbir görməsini təklif edib.
Millət vəkili Mübariz Qurbanlı isə çıxışında “ola bilsin ki, Azərbaycanla bağlı fikirlər ABŞ prezidentinə yanlış məlumatların verilməsinin nəticəsidir” deyib. O, eyni zamanda bunun ABŞ-ın Azərbaycandakı səfirliyinin günahı olduğunu qeyd edib.
Spiker Oqtay Əsədov da məsələyə münasibət bildirib: “Ötən dəfə demişdim ki, biz pis işləyirik. Qəzetlər isə yazıb kİ, guya mən demişəm ki, biz işləmirik. Mən deyirəm ki, biz işləməliyik. Bir erməni senator Obamaya məktub yazıb ki, siz “soyqırım” deməsəniz, biz gələn seçkilərdə uduzacağıq. Şübhə etmirəm ki, ABŞ prezidentinin Azərbaycanla bağlı çıxışında yüz faiz erməni lobbisinin rolu var. Cənab deputatlar, hamıdan çox səfirlikdə siz olursuz. Niyə Azərbaycan həqiqətlərini çatdırmırsınız? Siz niyə bu işləri görmürsünüz? Əfsus ki, milli mənafelər tələb olunan yerdə biz azərbaycanlıların əksəriyyəti neqativ məlumatlar veririk”.
Spiker onu da deyib ki, baş verənlər ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməyəcək.
Millət vəkilləri Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş faciə ilə bağlı da fikirlərini bildiriblər. Millət vəkili Arzu Səmədbəyli deyib ki, Azərbaycan Dövlət Neft Akademiyasında baş verən hadisə hüquq-mühafizə orqanlarının o qədər də yüksək səviyyədə işləmədiyini göstərib: “Onlar hadisə yerinə 20 dəqiqə sonra gəldilər. Bu hadisənin bir nəfərin vasitəsilə törədildiyinə dair şübhələr var. Ona görə də araşdırma aparılması üçün xüsusi deputat istintaq komissiyası yaradılmalıdır”.
Millət vəkili İqbal Ağazadə də ADNA-dakı hadisələrlə bağlı deputat istintaq qrupunun yaradılmasını təklif edib: “Burada terror əlamətləri var”.
O, Qarabağ danışıqları ilə bağlı MM-in qapalı iclasının keçirilməsini, problemlərlə bağlı aparılan danışıqlar haqqında deputatlara məlumat verilməsini istəyib.
Deputat Mübariz Qurbanlı “ADNA-dakı hadisələrdən siyasi qazanc məqsədilə istifadə olunmamalıdır” deyərək bildirib ki, həmin hadisədən sonra istintaq qrupu yaradılıb, iş gedir və bu barədə ictimaiyyətə məlumatlar çatdırılır.
Spiker Oqtay Əsədov ADNA-da baş verən hadisə ilə bağlı aparılan istintaqın prezidentin nəzarətində olduğunu vurğulayıb: “Biz bu faciəni pisləyirik”.
Daha sonra gündəlikdəki məsələlərin müzakirəsi başlanıb.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək