Bank Of Baku

Media nümayəndələri arasında keçirilmiş dama yarışının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Media nümayəndələri arasında keçirilmiş dama yarışının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
# 08 may 2009 13:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Yeni Azərbaycan Partiyası və “Yeni Azərbaycan” qəzetinin təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə media nümayəndələri arasında keçirilmiş dama yarışının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın xəbərinə görə, YAP icra katibi Əli Əhmədov bildirib ki, H. Əliyevin doğum gününün yüksək səviyyədə keçirilməsi dövlətçilik ənənələrindən biridir. O, turnirin keçirilməsini H. Əliyevin ideyalarına hörmət kimi dəyərləndirib. Azərbaycan Dama Federasiyasının prezidenti Vaqif Mustafayev və vitse-prezident Tağı Əhmədov isə bu idman növünə olan marağın getdikcə artdığını söyləyiblər. Sonra yarışın qaliblərinə mükafatlar təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR