Bank Of Baku

Türkiyəli jurnalistlər Azərbaycana gəlir

Türkiyəli jurnalistlər Azərbaycana gəlir
# 09 may 2009 19:07 (UTC +04:00)
İstanbul . Mais Əlizadə - APA. Türkiyədən bir qrup jurnalist Azərbaycana gəlir. APA-nın Türkiyə bürosunun məlumatına görə, Avrasiya Gazeteçiler Dərnəyinin təşkil etdiyi səfər mayın 10-da başlayacaq. Qrupa Türkiyənin “Yeni Şafak”, “Sabah”, “Radikal”, “Star”, “Milliyet” qəzetlərinin yazarları və xarici xəbər müdirləri, həmçinin bəzi telekanalların təmsilçiləri daxildir.

Səfər ərəfəsində Avrasiya Gazeteçiler Dərnəyindən verilən yazılı açıqlamada son vaxtlar “Bir millət, iki dövlət” olan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdə yaranan informasiya kasadlığının bəzi yanlış anlaşılmalara yol açdığına diqqət cəlb edilərək, Bakıda iki ölkə jurnalistləri arasında aparılacaq fikir mübadiləsində bu boşluğun aradan qaldırılacağı vurğulanıb.

Türkiyə jurnalistlərinin Azərbaycana səfəri 3 gün çəkəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR