Azərbaycan Mətbuat Şurasında Türkiyə və Azərbaycanın media təmsilçilərinin dialoqu keçirilib
Tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki, hazırda iki ölkə arasındakı əlaqələr müzakirə edilərkən nəzərlər Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair söz-söhbətlərdə cəmləşir, bu zaman müəyyən narazılıqların və ziddiyyətli məqamların mövcudluğu gözə dəyir. Ə.Amaşov bildirib ki, Şuranın təşəbbüsü ilə aprelin 7-də Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri qardaş ölkənin jurnalistlərinə müraciət ünvanlayıb: «Müraciət sərhədlərin açılıb-açılmayacağı ilə bağlı Türkiyə hökuməti tərəfindən konkret mövqenin sərgilənmədiyi bir dönəmə təsadüf edib. İstər buna, istərsə də sərhədlərin açılması məsələsinə etiraz edən digər çağırışlarımıza həssas yanaşılması müsbət haldır. Bizim fikrimiz budur ki, Qarabağ məsələsi həll olunmayanadək Türkiyə-Ermənistan sərhədləri açılmasın. Çünki 1993-cü ildə Türkiyə Ermənistanın üzünə sərhədləri qapayarkən Qarabağ faktoru əsas götürülmüşdü. Vəziyyət dəyişməyib. Yəni, Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ işğaldan qurtulmayıb. Belədə məsələnin gündəmə gəlməsi birmənalı qarşılanan deyil. İstərdik ki, Türkiyənin aparıcı media qurumları təmsilçilərinin buna münasibətini bilək».
Avrasiya Qəzetəcilər Cəmiyyətinin rəhbəri Gürşad Zorlu təmsil etdiyi təşkilatın fəaliyyət istiqamətlərində türk toplumlarındakı media vasitələri arasında əlaqələr yaradılmasının başlıca yer tutduğunu vurğulayıb. O qeyd edib ki, informasiya mübadiləsi lazımi səviyyədə olmayanda meydana problemlər çıxır. Zaman-zaman Qarabağ həqiqətlərinin dünyaya düzgün çatdırılmaması da bunlardan biridir. Ona görə də türk dövlətlərinin mediaları, başlıca olaraq Azərbaycan və Türkiyə mediası bir olmalıdır. «Hazırda dünyanın mədəni coğrafiyasında bir sıra amillər dəyişməkdədir. Türkiyə bütün bunlara qarşı ciddi müqavimət göstərir. Hesab edirik ki, bu müqavimət Azərbaycanın xeyrinə olacaqdır. Türkiyə beynəlxalq aləmdə nə qədər güclü olarsa, Azərbaycan da güclü olar», - deyə o bildirib.
AQD-nin digər təmsilçisi, Türkiyənin «Yeni Şəfəq» qəzetinin müxbiri Murat Palavar bilgi, informasiya mübadiləsi məsələsini iki ölkə mediası arasındakı münasibətlər sistemində əhəmiyyətli cəhət kimi dəyərləndirib. Onun fikrincə, bunun zəifliyi bəzi xoşagəlməz məqsədli fikirlərin ortaya atılmasına rəvac verib. M.Palavar səfərlərinin belə meyllərə qarşı olduğunu diqqətə çatdırıb. Sərhədlərin açılıb-açılmayacağına gəlincə, dərnək təmsilçisi bu məsələdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın mövqeyinə inandığını dilə gətirib.
«Yeni Şəfəq» qəzetinin yazarı İbrahim Qaragül çıxışında müzakirə edilən mövzunun beynəlxalq müstəvidə dəyərləndirilən istiqamətlərindən söz açıb: «Mənim baxışlarımda Qafqaz bir bölgədir. Beynəlxalq aləmdə də belə qəbul olunur. Burada söhbət təkcə Azərbaycan torpaqlarının işğalından getmir. Türkiyənin Qafqaz siyasətində Azərbaycan ayrıca amil kimi müstəsna əhəmiyyətə malikdir. Türkiyənin Ermənistanla münasibətləri də Qafqaz siyasətinin tərkib hissəsidir».
«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli məsələnin bu cür qoyuluşu ilə razılaşmadığını dilə gətirib. Onun sözlərinə görə, Azərbaycan Türkiyəyə Avrasiya siyasətinin tərkib hissəsi kimi yanaşmır. «Biz Türkiyəni elə Türkiyə kimi qəbul edirik və münasibətin qarşılığını istəyirik» deyən baş redaktor tarixi faktlara müraciət edərək diqqəti 1905-1918-ci illərdə Osmanlı İmperiyası daxilindəki erməni qırğınlarına yönəldib və bildirib ki, Qarabağda baş verənlər əslində həmin mənfur siyasətin tərkib hissəsidir.
Məlumatsızlığa gəlincə, E.Mirzəbəyli Türkiyə mediasının Azərbaycanı tanımamaqla bağlı probleminin mövcud ola biləcəyini istisna etməyib. Azərbaycan mediasının isə Türkiyə barədə kifayət qədər xəbərdar olduğunu vurğulayıb: «Fikirlər səslənib ki, Azərbaycan mediası sərhəd məsələsini qabardır. Amma gəlin unutmayaq ki, Ermənistanla sərhədin açılacağını ilk olaraq yazan Türkiyənin «Hürriyyət» qəzeti olub».
Mövzunu davam etdirən APA-nın baş direktoru Vüsalə Mahirqızı Azərbaycandan Türkiyəyə yönələn müxtəlif miqyaslı əks fikirləri Türkiyə rəsmilərinin sərhəd məsələsindəki anlaşılmaz mövqeyi ilə izah edib: «Prezident İlham Əliyev də Belçikada səfərdə olarkən Türkiyə hökumətinin indiyədək bir suala cavab vermədiyini dilə gətirdi. Həmin sual «Yol xəritəsi» planında Qarabağ məsələsinin yer alıb-almaması ilə bağlıdır. Təəssüf ki, cavab yoxdur. Belədə media qurumlarının məsələni istədikləri kimi yozmaları mümkündür».
Türkiyənin «Radikal» qəzetinin beynəlxalq xəbərlər şöbəsinin müdiri Ceyda Karan Türkiyə və Azərbaycanın bölgədə mühüm güc sahibləri kimi çıxış etdiklərini vurğulayaraq onların səylərini birləşdirmələrinə zərurət duyulduğunu önə çəkib.
«Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun fikrincə, sərhəd məsələsinin gündəmə gəlməsi dünya iqtisadi böhranı ilə bağlıdır. Onun bildirdiyinə görə, böhran Ermənistanı acınacaqlı vəziyyətə salıb. İkili standartlardan çıxış edən beynəlxalq birlik isə hər vəclə ölkəni düşdüyü durumdan çıxarmağa çalışır. Türkiyənin sərhədləri nə üçün bağladığı hamımıza bəllidir. Qarabağla bağlı gündəmdə qalıb-qalmayacağı bilinmir.
Tədbirdə Azərbaycanın Şimali Kipr Türk Cumhuriyyətinin müstəqilliyüini tanımaması ilə bağlı türkiyəli jurnalistlərin açdıqları müzakirəyə münasibət bildirən «Ədalət» qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas ölkəmizin türk Kipri ilə münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib, bununla əlaqədar bir sıra faktları açıqlayıb. Müstəqilliyin tanınmamasına gəldikdə, millət vəkili məsələni Qarabağ problemi ilə eyni müstəvidə dəyərləndirməyin tərəfdarı olmadığını deyib. Onun fikrincə, Şimali Kipr türklərin tam ixtiyarında olan ərazidir, türk torpağıdır: «Dünya qəbul etsə də, etməsə də bu, belədir. Qarabağ isə işğal altındadır».
«Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında diqqəti Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfərinə yönəldib. O, həmin səfərdən sonra türk jurnalistlərin Yerevana səfərlərinin mütəmadi xarakter aldığını, qələmə alınan yazılarda ermənilərə məhəbbət və rəğbət hissinin aşılanmasına geniş yer verildiyini vurğulayıb: «Məsələnin bu formada qoyuluşu yanlışdır. Ermənistan elə Türkiyənin özü ilə bağlı hansı məsələdə güzəştə gedib ki, ona belə münasibət sərgilənir?»
Çıxış edən digər natiqlər Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı söz-söhbətlərin və yaranan situasiyanın Türkiyə və Azərbaycan xalqı arasındakı münasibətlərə xələl gətirməyəcəyinə olan inamlarını müxtəlif tarixi bağlılıq tellərinin güclü olması ilə əsaslandırıblar.
Qeyd edək ki, türkiyəli media nümayəndələrinin ölkəmizə səfərinin təşəbbüsçüsü Avrasiya Qəzetəcilər Dərnəyidir. Bu missiyanın reallaşdırılmasında Azər-Türk Qadınlar Birliyi yaxından iştirak edib. Təşkilatın sədri Tənzilə Rüstəmxanlı Mətbuat Şurasında keçirilən görüşün əhəmiyyətini qeyd etməklə yanaşı, qonaqların qarşıdakı üç gün müddətində qatılacaqları digər tədbirlər barədə də məlumat verib.
T.Rüstəmxanlı həmçinin bildirib ki, səfərin təşkilindən məqsəd ölkəmizdə Türkiyə ilə bağlı yaşanan durumun qardaş ölkənin ictimai rəyinə obyektiv şəkildə təqdimatına kömək göstərməkdir. O, türkiyəli jurnalistlərin bu istiqamətdə çox iş görə biləcəklərinə ümidvar olduğunu vurğulayıb.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək