Bank Of Baku

Azərbaycanda Mətbuat Şurasında Beynəlxalq Mətbuat İnstitutunun təmsilçiləri ilə görüş keçirilib

Azərbaycanda Mətbuat Şurasında  Beynəlxalq Mətbuat İnstitutunun təmsilçiləri ilə görüş keçirilib
# 11 may 2009 16:29 (UTC +04:00)
Mətbuat Şurasından APA-ya daxil olan məlumata görə, görüşdə Şuranın İdarə Heyətinin üzvləri ilə yanaşı, ölkəmizin aparıcı media vasitələrinin təmsilçiləri də iştirak ediblər.

MŞ sədri Əflatun Amaşov Azərbaycanda media sahəsində görülən işlər barədə məlumat verib. O, bu tədbirlər sırasında medianın iqtisadi imkanlarının genişləndirilməsinə xüsusi önəm verildiyini vurğulayıb. «Azərbaycanda medianın problemləri var. Bunlar istər jurnalist peşəkarlığını, istər ilk mənbədən informasiya alınmasını, istərsə də digər sahələri əhatə edir. Lakin düşünürəm ki, həmin çətinliklər aradan qalxacaq. Tezliklə fəaliyyətə başlayacaq Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Fondunun bu işdə müstəsna rol oynayacağına əminəm», - deyə, o bildirib.

C.Virkunnen ölkəmizə səfərlərindən məqsədin BMİ-nin dünya konqresinin və 59-cu Baş Assambleyasının Azərbaycanda keçirilmə imkanlarını dəyərləndirmək olduğunu deyib. Cənab Virkunnen belə bir mötəbər tədbirin Azərbaycanda təşkili üçün qlobal faktorların mövcudluğuna diqqət çəkib.

BMİ sədri təmsil etdiyi təşkilatın dünyada mətbuat azadlığına dəstək olmaq kimi vacib bir missiya daşıdığını da diqqətə çatdırıb.

D.Dədc isə bildirib ki, BMİ-nin beynəlxalq miqyaslı tədbirlərindən, o cümlədən Azərbaycanda keçirilməsi planlaşdırılan dünya konqresindən başlıca məqsəd müxtəlif yerlərdə fəaliyyət göstərən jurnalistləri bir yerə toplamaq, söz, fikir və ifadə azadlıqlarının vəziyyətini müzakirə etməkdir. Həmçinin toplantılarda dünya media qurumlarının bir-biriləri ilə əlaqələrinin inkişaf istiqamətləri nəzərdən keçirilir. Tədbirin məhz Azərbaycanda baş tutması isə həm də Qafqaz ölkələrindəki media vasitələrinin informasiya mübadiləsini möhkəmləndirmək baxımından əhəmiyyətlidir.

Görüşdə BMİ-nin Dünya Konqresinin Azərbaycanda keçirilməsi üçün istər texniki, istərsə də təşkilati imkanların genişliyi vurğulanıb. Qeyd edək ki, bununla bağlı son qərar iyunun 6-9-da Helsinkidə Dünya Konqresinin və 58-ci Baş Assambleyanın keçirilməsindən bir gün öncə çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR