Bank Of Baku

ABŞ-ın eks-prezidenti Corc Buşun sabiq mətbuat katibi Dana Perino Azərbaycana gəlib

ABŞ-ın eks-prezidenti Corc Buşun sabiq mətbuat katibi Dana Perino Azərbaycana gəlib
# 13 may 2009 14:46 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. ABŞ-ın eks-prezidenti Corc Buşun sabiq mətbuat katibi Dana Perino Bakıda səfərdədir. ABŞ səfirliyindən APA-ya verilən məlumata görə, səfərdə əsas məqsəd dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında münasibətlər məsələsinə dair təcrübə mübadiləsi aparmaqdır. Dana Perino səfər çərçivəsində Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri Azər Qasımov və Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovla görüşəcək. Ağ Evin sabiq mətbuat katibi Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında tələbələr üçün mühazirə oxuyacaq. Dana Perino mayın 15-də Media Mərkəzində jurnalistlərlə görüşəcək. Qeyd edək ki, Dana Perino ABŞ tarixində Ağ Evin ikinci qadın mətbuat katibidir. O hazırda “Burson-Marsteller” konsaltinq şirkətində müşavir vəzifəsində çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR