Bank Of Baku

Azərbaycan Mətbuat Şurasında Ağ Evin sabiq mətbuat katibi ilə görüş keçirilib

Azərbaycan Mətbuat Şurasında Ağ Evin sabiq mətbuat katibi ilə görüş keçirilib
# 13 may 2009 16:24 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Mətbuat Şurasında ABŞ prezidentinin sabiq mətbuat katibi xanım Deyna Perino ilə görüş keçirilib. Mətbuat Şurasından APA-ya verilən xəbərə görə, tədbirə aparıcı qəzetlərin, informasiya agentliklərinin və jurnalist təşkilatlarının rəhbərləri qatılıblar. MŞ sədri Əflatun Amaşov amerikalı qonağa Azərbaycan mətbuatının hazırkı durumu barədə məlumat verib, rəhbərlik etdiyi qurumun fəaliyyətindən, media peşəkarlığı sahəsində həyata keçirilən layihələrdən söhbət açıb. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson isə D. Perinonun jurnalist və sözçü kimi təcrübəsindən danışıb. Sonra xanım Perino həyat və fəaliyyətindən, taleyini media ilə bağlayan olaylardan, mətbuat katibi vəzifəsində çalışdığı müddətdə Ağ Evdə qarşılaşdığı spesifik situasiyalardan, iş xüsusiyyətlərindən bəhs edib.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, APA-nın baş direktoru Vüsalə Mahirqızı, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı, “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov, “Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan, “Yeni zaman” və “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev və başqaları mövzu ilə bağlı fikirlərini bölüşməklə yanaşı, qonağa mətbuat xidmətlərinin nümunəvi fəaliyyətinin nəzəri əsasları, ABŞ-da dövlət qurumlarının ilkin mənbə daşıyıcısı kimi başlıca funksiyaları və digər məsələlər barədə suallar ünvanlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR