Bank Of Baku

Beynəlxalq Mətbuat İnstitutu rəhbərlərinin Bakı səfəri başa çatıb

Beynəlxalq Mətbuat İnstitutu rəhbərlərinin Bakı səfəri başa çatıb
# 14 may 2009 13:12 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Mətbuat İnstitutu (BMİ) Azərbaycan Milli Komitəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti ilə Azərbaycana gələn BMİ sədri Ceyn Virkkunenin, qurumun direktoru Deyvid Dədcin səfəri başa çatıb. BAMF-nin İnformasiya departamentindən APA-ya verilən məlumata görə, BMİ rəsmiləri BAMF-də, Mətbuat Şurasında, Prezident Administrasiyasında bir sıra görüşlər keçirdilər.
BMİ-nin direktoru D. Dədc BMİ-nin Dünya Konqresinin keçirilə biləcəyi otellərə və konfrans zallarına baş çəkib. D. Dədc Azərbaycanın qədim tarixi yerlərindən biri olan Qobustan Milli Tarixi Qoruğunu da ziyarət edib.
BAMF rəhbəri Umud Rəhimoğlu bildirib ki, bu səfərin nəticələri uğurlu olacaq və 2010-cu ildə nəzərdə tutulan BMİ-nin Dünya Konqresi və 59-cu Baş Assambleyası Bakıda keçiriləcək.
Qeyd edək ki, BMİ rəsmilərinin Azərbaycana səfərinin məqsədi BMİ-nin 2010-cu ildə nəzərdə tutulan Dünya Konqresinin və 59-cu Baş Assambleyasının Bakıda keçirilməsinin mümkünlüyünü müzakirə etmək olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR