Bank Of Baku

Mətbuat Şurası Neft Akademiyasındakı faciə ilə bağlı mətbuatda gedən materiallara dair hesabat açıqlayacaq

Mətbuat Şurası Neft Akademiyasındakı faciə ilə bağlı mətbuatda gedən materiallara dair hesabat açıqlayacaq
# 18 may 2009 13:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Mətbuat Şurası “Medianın ekstremal şəraitdə iş xüsusiyyətləri” mövzusunda dəyirmi masa keçirəcək. Şuradan APA-ya verilən məlumata görə, tədbirdə aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı mətbuatda gedən materialların monitorinqi əsasında hazırlanan hesabat açıqlanacaq. Kütləvi informasiya vasitələri təmsilçilərinin, media ekspertləri və mütəxəssislərinin iştirakı ilə keçiriləcək tədbirdə mövzuya dair diskussiya aparılacaq.

Qeyd edək ki, hesabat bu il aprelin 30-dan mayın 15-dək olan dövrü əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR