Bank Of Baku

“Jurnalistlərin sosial durumunda mövcud vəziyyət: problemlər və çıxış yolları” mövzusunda dəyirmi masa keçirilib

“Jurnalistlərin sosial durumunda mövcud vəziyyət: problemlər və çıxış yolları” mövzusunda dəyirmi masa keçirilib
# 21 may 2009 11:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan jurnalistlərinin ən böyük problemi mənzil problemidir. Hazırda jurnalistlərin 80 faizindən çoxunun mənzilə ehtiyacı var”. APA-nın məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasında Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təşkilatçılığı ilə “Jurnalistlərin sosial durumunda mövcud vəziyyət: problemlər və çıxış yolları” mövzusunda keçirilən dəyirmi masada JuHİ sədri Müşfiq Ələsgərli deyib. O bildirib ki, rəhbərlik etdiyi qurum jurnalistlərin sosial problemlərinin öyrənilməsi üçün ildə iki dəfə sorğu keçirir: “Hazırda ölkədə qeydiyyatdan keçmiş 3600-dan çox nəşr var. Lakin gündəlik nəşr olunan, dövriliyini, imicini qoruyan cəmi 32 nəşrdə, xüsusən informasiya agentliklərində istər əmək müqavilələrinin bağlanması məsələsində, istərsə də əməkhaqqının miqdarında müsbət dəyişiklik var. Hazırda bu tipli KİV-lərdə çalışanların orta aylıq gəliri 300 manat və daha yüksəkdir. Ötən il isə bu göstərici 180-200 manat idi. Amma təəssüf ki, bu redaksiyalarda da əmək müqavilələri simvolik olaraq bağlanır, yəni işçinin aldığı əməkhaqqı onunla imzalanan müqavilədə tam göstərilmir. Nəticədə həm jurnalistlərin gələcək pensiya təminatında problemlər yaranır, həm də onlara banklardan güzəştli kreditlər verilməsi müşkülə çevrilir”.

Dövlət Əmək Müfəttişliyinin sosial hüquq məsələləri üzrə şöbə müdiri Tahir Musayev isə bəyan edib ki, bütün redaksiyalarda jurnalistlərlə əmək münasibətləri əmək müqavilələri əsasında tənzimlənməlidir: “Müqavilələrdə minimum əmək haqqından aşağı olmamaq şərtilə əməkhaqqının göstərilməsi vacib şərtdir. Ötən il Əmək Müfəttişliyi 27 min qeyri-qanuni işə cəlb olunmuş şəxslə əmək müqaviləsi bağlanmasını təmin edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR