Bank Of Baku

“Söz azadlığının və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin iclası keçirilib

“Söz azadlığının və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin iclası keçirilib
# 22 may 2009 13:18 (UTC +04:00)
Bakı-APA. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Söz azadlığının və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin növbəti iclası keçirilib. Fonddan APA-ya verilən məlumata görə, iclasda ötən vaxt ərzində daxil olan 5 müraciətə baxılıb. Müraciətlərə bütövlükdə 1400 ABŞ dolları həcmində yardım ayrılması barədə qərar qəbul olunub. “Ayna” və “Zerkalo” qəzetlərinin əməkdaşı İdrak Abbasova 250 ABŞ dolları, həbsdən yeni azad olunmuş “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitə 250 ABŞ dolları və “Yeni Müsavat” qəzetinin köşə yazarı Mahal İsmayıloğluna 250 ABŞ dolları, “Təzadlar” qəzetinin redaksiyasına 400 ABŞ dolları məbləğində yardım ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR