Bank Of Baku

“ATV İnternational” bu ilin sonunda peyk vasitəsilə yayıma başlayacaq”

“ATV İnternational” bu ilin sonunda peyk vasitəsilə yayıma başlayacaq”
# 25 may 2009 12:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “ATV İnternational” (ATV İnt) telekanalı bu ilin sonlarında peyk vasitəsilə yayıma başlaya biləcək. Bu barədə APA-ya “Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin prezidenti Tağı İbrahimov məlumat verib. O bildirib ki, telekanala mütəxəssislərin cəlb olunması üçün iyunun 1-də işçi qəbulu elan olunacaq. Müsabiqə www.atv.az saytı vasitəsilə aparılacaq. Hər bir şəxs sayta daxil olaraq müvafiq profil və vəzifə tutmaq üçün lazım olan məlumatları dolduraraq müsabiqədə iştirak edə bilər. Məlumatlar daxil olduqdan sonra müsabiqənin ikinci - müsahibə mərhələsi başlayacaq. Həmin mərhələdə televiziya sahəsində təcrübəsi olan peşəkarlar iddiaçılarla görüşərək onlara ümumu yaradıcılıq və texniki sahədə suallar ünvanlayacaqlar.

Şirkət prezidenti yeni telekanal üçün bina tikintisinə başlandığını da söyləyib. Binada xəbər buraxılışları, informasiya və analitik proqramların yayımı və çəkilişi üçün müxtəlif ölçülü pavilyonlar qurulacaq. Tikinti bu ilin oktyabrında başa çatacaq. Yayımın yüksək keyfiyyətlə həyata keçirilməsi üçün müasir texnika və avadanlıqların alınması məqsədilə müqavilələr imzalanıb və artıq avadanlığın bir hissəsi Bakıya gətirilib.

T. İbrahimov bildirib ki, yeni telekanalın beynəlxalq yayımçılarla əlaqələrinin qurulması, informasiya mübadiləsi istiqamətində də tədbirlərin görülməsi planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR