Bank Of Baku

Qulu Məhərrəmlinin “Mediada işlənən alınma sözlər” adlı izahlı lüğət kitabının təqdimatı keçirilib

Qulu Məhərrəmlinin “Mediada işlənən alınma sözlər” adlı izahlı lüğət kitabının təqdimatı keçirilib
# 27 may 2009 12:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Tanınmış telejurnalist Qulu Məhərrəmlinin “Mediada işlənən alınma sözlər” adlı izahlı lüğət kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, mərasimdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimləri və tələbələri, KİV rəhbərləri iştirak edib. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid mərasimdə çıxış edərək Azərbaycan jurnalistikasında terminlərin istifadəsi zamanı hər zaman ortaya problemlərin çıxdığını deyib. Onu sözlərinə görə, buna görə də jurnalistika fakültəsinin tələbələri üçün bu tipli tədris vəsaitlərinə xüsusi ehtiyac duyulurdu: “Belə bir missiyanı da Azərbaycanda həyata keçirəcək insanların sayı azdır. Mən hesab edirəm ki, ali məktəblərin jurnalistika fakültəsinin tələbələri ilə yanaşı, hazırda jurnalistika sahəsində çalışan insanlar da bu vəsaitdən yararlanacaqlar”.
BDU-nun jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli Azərbaycan jurnalistikasında dil probleminin mövcud olduğunu bildirib: “Bir sıra hallarda terminlər yerli-yersiz işlədilir. Bu cür kitablar jurnalistika dilindəki qrip xəstəliyinin qarşısını ala bilər”.
Q. Məhərrəmli isə bu lüğətin üzərində uzun müddət işlədiyini və gənc jurnalistlərlə bərabər yaşlıların da bundan faydalanacağına ümid etdiyini qeyd edib.
Qeyd edək ki, lüğət Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin Terminologiya Komissiyasının qərarı ilə nəşr edilib. Kitabın redaktoru akademik Ağamusa Axundovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR