Bank Of Baku

APA-nın baş direktoru Avropa Şurasının insan haqları üzrə komissarının mətbuat katibi ilə görüşüb

APA-nın baş direktoru Avropa Şurasının insan haqları üzrə komissarının mətbuat katibi ilə görüşüb
# 27 may 2009 16:12 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli - APA. Satrasburqda səfərdə olan Azəri-Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı Avropa Şurasının insan haqları üzrə komissarının mətbuat katibi Stefano Montanari ilə görüşüb. APA-nın Avropa bürosunun xəbərinə görə, görüşdə Azərbaycan mediası ilə AŞ-nin insan haqları üzrə komissarı arasındakı əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan mediası ilə əməkdaşlıqda maraqlı olduqlarını deyən S. Montanari komissar Tomas Hammarberqin diqqətində olan əsas məsələlərdən birinin də media azadlığı olduğunu vurğulayıb. Öz növbəsində V. Mahirqızı da görüş və mütəmadi əməkdaşlıq üçün təşəkkürünü bildirib, Azərbaycan və digər Cənubi Qafqaz ölkələrində medianın Avropa Şurası ilə əlaqələrinin perspektiv inkişafına dair təkliflərini çatdırıb.

Qeyd edək ki, səfər AŞ-nin Kommunikasiya Direktorluğunun dəvəti ilə həyata keçirilir. V. Mahirqızı agentliyin Avropa Şurasının mərkəzi ofisindəki yeni bürosu ilə tanış olub. Onun Kommunikasiya Direktorluğu rəhbərinin müavini Allun Dreyk, Kommunikasiya Direktorluğunun mətbuat katibi Can Fişek, qurumun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Ceremi Moakes, AŞ Venesiya Komissiyasının mətbuat katibi Tatyana Mışelova, AŞ PA-nın mətbuat katibliyinin rəhbəri Mikaela Katalano, Avropa İnsan Haqları Məhkəməsinin mətbuat katibi Stefano Piedimonte, AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin mətbuat katibi Dmitri Marçenkov, eləcə də Azərbaycanın AŞ yanındakı daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədovla görüşləri planlaşdırılıb.

Xatırladaq ki, APA MDB məkanından Avropa Şurasında ofislə təmin olunan ilk və yeganə agentlikdir. Şuranın binasında Türkiyənin NTV kanalı, “Reuters”, “France-Presse” kimi dünyada və müxtəlif regionlarda tanınmış 13 media qurumunun ofisi var ki, onlardan da biri APA-dır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR