APA-nın baş direktoru Avropa Şurasında bir sıra görüşlər keçirib - FOTOSESSİYA
Daha sonra baş direktoru Azərbaycanın Avropa Şurası yanındakı Daimi Nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov qəbul edib. Səfir APA-nın Avropa Şurasında büro ilə təmin olunmasının təkcə agentlik üçün deyil, ölkəmiz üçün önəmli hadisə olduğunu vurğulayıb. A. Məmmədov APA-nın Avropa bürosu ilə səmərəli əməkdaşlıq etdiklərini qeyd edib və Azərbaycanın Avropaya inteqrasiyası prosesinə medianın verə biləcəyi töhfələrdən danışıb.
Bu gün isə APA-nın baş direktoru Avropa Şurasının İctimai Əlaqələr şöbəsinin rəhbəri Ceremi Moakes (Jeremy Moakes) ilə görüşüb. Görüşdə APA-nın Avropa Şurasından foto və video görüntüləri alması, eyni zamanda Şuranın video xidmətindən ödənişsiz istifadə olunması ilə bağlı razılıq əldə olunub. Razılığa əsasən, APA bundan sonra bir neçə dildə Avropa Şurasından aldığı video görüntüləri də yayacaq.
Daha sonra V. Mahirqızı Avropa Şurası Parlament Assambleyasının mətbuat katibi Mikayela Katalano (Micaela Catalano) ilə görüşüb. Görüşdə APA ilə Parlament Assambleyası arasındakı əlaqələri daha da genişləndirməyin yolları müzakirə olunub. M.Katalano Azərbaycanın APA-nın qismində keçmiş sovet ölkələri arasından Avropa Şurasında büro alan ilk ölkə olmasının önəmini vurğulayıb, bunu həm də Avropa Şurasında Cənubi Qafqaza xüsusi önəm verilməsi ilə əlaqələndirib.
Günün ikinci yarısı isə V.Mahirqızı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin mətbuat katibi Dmitri Marçenkovla görüşüb. Görüşdə yerli özünü idarəetmə sistemləri ilə bağlı maarifləndirici və informativ xarakterli məlumatların mediada yer almasına ehtiyac olduğu vurğulanıb və bunun üçün əməkdaşlıq perspektivləri müzakirə olunub.
Daha sonra Avropa Şurası Kommunikasiya Direktoratının mətbuat katibi Can Fişeklə görüş keçirilib. Görüşdə Azərbaycanda internet və yazılı medianın üzləşdiyi problemlər, gələcək perspektivlər barədə müzakirə aparılıb.
V. Mahirqızı daha sonra Avropa Şurası Venesiya Komissiyasının mətbuat katibi Tatyana Mışelova ilə görüşüb. T. Mışelova APA-nın Avropa Şurasında bürosunun fəaliyyətə başlamasının mütəmadi əməkdaşlıq üçün önəmli olduğunu vurğulayıb. Xanım Mışelova Venesiya Komissiyasının həmişə mediaya açıq olduğunu və məlumatlarının mütəmadi olaraq yayılmasında maraqlı olduqlarını da qeyd edib.
Öz növbəsində V. Mahirqızı bütün görüşlərində qəbula və APA-ya olan yüksək münasibətə görə təşəkkürünü bildirib. Baş direktor agentliyin Avropa Şurası ilə daha sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.
Qeyd edək ki, səfər AŞ-nin Kommunikasiya Direktorluğunun dəvəti ilə həyata keçirilir.
Sabah V. Mahirqızının AŞ-nin Kommunikasiya Direktorluğu mətbuat katiblərinin rəhbəri Allun Dreyk, Avropa İnsan Haqları Məhkəməsinin mətbuat katibi Stefano Piedimonte və Strasburqdakı “Azərbaycan Evi”nin rəhbəri Mustafa Alınca ilə görüşləri planlaşdırılıb.
Qeyd edək ki, APA keçmiş MDB məkanından AŞ-da ofislə təmin olunan ilk və yeganə agentlikdir. Şurada Türkiyənin NTV kanalı, “Reuters”, “Frans-Press”, ANSA, dpa kimi dünyada və müxtəlif regionlarda tanınmış 13 media qurumunun ofisi var ki, onlardan da biri APA-dır.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək