Bank Of Baku

Öldürülən jurnalistlərdən bəhs edən “Balibo” filmi Beynəlxalq Media İnstitutunun Dünya Konqresində nümayiş olunacaq

Öldürülən jurnalistlərdən bəhs edən “Balibo” filmi Beynəlxalq Media İnstitutunun Dünya Konqresində nümayiş olunacaq
# 29 may 2009 11:56 (UTC +04:00)
Helsinki-APA. İyunun 6-9-da Helsinkidə keçiriləcək Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Dünya Konqresində və 58-ci Baş Məclisində “Balibo” filmi nümayiş olunacaq. Beynəlxalq Avrasiya Mətbuat Fondundan APA-ya verilən məlumata görə, film 1975-ci ildə Şərqi Timorda İndoneziya əsgərləri tərəfindən beş jurnalistin öldürülməsi hadisəsindən bəhs edir.

Konqresin nümayəndələrinə və iştirakçılarına iyunun 8-də xüsusi olaraq filmin qısaldılmış variantı təqdim ediləcək. Xatırladaq ki, 1975-ci ilin oktyabr ayında, Yeni Zelandiyadan, Böyük Britaniyadan olan həmkarları ilə birgə beş avstriyalı jurnalist indoneziyalıların basqınları haqqında məlumat toplamaq üçün Balibonun kiçik Şərqi Timores kəndinə səyahət ediblər. Onlar sərhədə yaxın ərazidə İndoneziya qoşunlarına rast gəlirlər və oktyabrın 16-da Baliboya hücum edən İndoneziya hərbçiləri beş avstriyalı jurnalisti qətlə yetiriblər. Şahidlərin verdiyi məlumata görə, jurnalistlər məhz Baliboda gördüklərini yazmamaq üçün öldürülüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR