Vüsalə Mahirqızı: “Avropa Şurasında APA-ya büro verilməsini təkcə bizim üçün deyil, Azərbaycan üçün də böyük hadisə kimi qiymətləndirirlər” - FOTOSESSİYA
- Səfər Avropa Şurasının İnformasiya və Kommunikasiya Direktorluğunun dəvəti ilə həyata keçirildi. Səfər həm Avropa Şurası ilə tanışlıq xarakteri daşıyırdı, həm də APA-nın Avropa Şurasında ofisinin açılışı ilə bağlı idi. Avropa Şurasının mərkəzi ofisində APA-ya büro verilib və orada hər kəs xüsusi vurğulayırdı ki, bu təkcə APA üçün deyil, Azərbaycan üçün böyük hadisədir. Azərbaycanın Avropa Şurası yanındakı Daimi Nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov da məni qəbul edərkən eyni fikirləri söylədi. Çünki APA MDB məkanında Avropa Şurasında büro alan ilk media qurumudur. Avropa Şurasının mərkəzi binasında ümumilikdə 13 media qurumunun ofisi var, onlardan da biri bizimdir. Orada Türkiyənin NTV telekanalı, İtalyanın ANSA agentliyi, Almaniyanın DPA agentliyi, “Reuters”, “France Presse” və digər media qurumlarının ofisləri mövcuddur. APA-nın ofisi də bu sıradadır. Ofis texniki baxımdan bütünlüklə təchiz edilib, hazırda bizim Şuradakı əməkdaşımız Avropa Şurasının bütün qurumlarına birbaşa daxil olmaq imkanına malikdir. Təbii ki, bu bizim üçün böyük uğurdur və oradakı bütün görüşlərdə də vurğulanırdı ki, APA-nın belə bir ofis alması həm Azərbaycana olan böyük bir marağın, həm də APA-ya olan hörmətin təzahürüdür. Çünki APA müstəqil mövqeyi ilə bu etimadı qazanıb. Eyni zamanda bizim üstünlüklərimizdən biri də Avropa Şurasının əsas dillərində - fransız və ingilis dillərində yayımımızın olmasıdır. Həmçinin, Qafqazda ilk və yeganə videogörüntülü yayımla məşğul olan agentlik də bizik. Görüşlərdə vurğulayırdılar ki, APA Şuradan alınan xəbərlərə şərh vermədən, təhrif etmədən yayır. Onlar bizim xəbərləri izlədiklərini bildirirdilər və konkret xəbərlərdən sitat gətirirdilər. Quruma üzv olan 47 ölkənin hər birində Avropa Şurası ilə bağlı dərc olunan, yayılan yazıların monitorinqi aparılır. Bu monitorinq zamanı yazdıqlarının çəkisi ağır gələn qurumlardan biri də məhz APA olub. Çünki APA Avropa Şurasının fəaliyyətini mütəmadi işıqlandırır, həm də bizim yaydığımız informasiyalar ölkənin və regionun digər media qurumlarında yayılır. Təbii ki, bu uğurların əldə edilməsində şuradakı əməkdaşımız Fuad Qulubəylinin də rolu olub ki, belə bir büro ala bilmişik. Bu büronun alınmasına onun orada davamlı işləməyi, insanlarla qurduğu münasibət də yardım edib.
- Səfərin APA-nın bundan sonrakı fəaliyyətinə hansısa təsiri olacaqmı?
- Biz operativ və qərəzsiz xəbərçilik prinsiplərimizi həmişə davam etdiririk. Amma təbii ki, belə uğurlar daha da yüksəlmək üçün yardım edir. Səfər çərçivəsində bundan sonra APA-nın Avropa Şurasından pulsuz foto və video materiallar alması barədə razılıq əldə olunub. Bizim bundan sonra Avropa Şurasının video xidmətindən şura daxilində pulsuz istifadə etmək imkanımız da olacaq.
Eyni zamanda Avropa Məhkəməsi, Yerli Regional Konqreslər və digər qurumlarla müəyyən razılaşmalar əldə edildi ki, bundan sonra daha sıx əməkdaşlıq edək, daha çox xəbərlər yayaq. Təbii ki, bunlar müsbət addım idi. Orada da bildirdilər ki, Azərbaycandan indiyə qədər hansısa media rəhbərinin belə silsilə görüşləri keçirilməyib.
- Avropa Şurasının rəsmiləri ilə görüşlərdə hər hansı siyasi müzakirələr aparıldımı?
- Yox. Mən ümumiyyətlə, görüşlərdə siyasi müzakirələr aparmırdım. Hətta səfər proqramım hazırlananda belə, yalnız media mövzusunda müzakirələr aparmaq, xüsusilə də APA-nın Avropa Şurası ilə əməkdaşlığının perspektivləri ilə bağlı danışmaq istədiyimi bildirmişdim. Mənim orada Avropa Şurasında təmsil olunan bir neçə nəfərlə ayaqüstü söhbətlərim oldu, amma bu görüşlər səfər proqramıma daxil deyildi. Təbii ki, media azadlığı ilə bağlı müzakirələr olurdu, mən eyni zamanda Azərbaycan Mətbuat Şurasının üzvüyəm, buna görə də medianın vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılırdı. Həmçinin KİV-in İnkişafına Dəstək Fondu ilə bağlı, həbsdə olan jurnalistlər məsələsi, medianın iqtisadi vəziyyəti, xüsusilə Azərbaycanda internet medianın problemləri ilə bağlı müzakirələr olurdu. Amma mənim üçün bütün görüşlərdə prioritet təmsil etdiyim qurumun, yəni APA-nın inkişafı ilə bağlı müzakirələr idi. Bir media nümayəndəsi kimi digər məsələlərin də müzakirəsi qaçılmaz idi.
- Erməni diasporunun güclü olduğu ölkələrdən biri Fransadır. Azərbaycanın media qurumunun bu ölkədə fəaliyyət göstərməsinə hər hansı problemlər yaradıla bilərmi?
- Mən buna inanmıram. Ümumiyyətlə, Fransa tolerant bir ölkədir və Avropa Şurasının özündə bizə münasibət sözün həqiqi mənasında yüksəkdir. Qurumun içərisində Azərbaycan mediasının nüfuzu, APA-nın nüfuzu çox güclüdür. Avropa Şurasındakı bir çox görüşdə vurğulayırdılar ki, Azərbaycan qurum üçün çox prioritet ölkədir. Müşahidələrimə görə, Şura digər sahələrdə olduğu kimi medianın inkişafı və müstəqilləşməsi sahəsində də Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır. Məhz bizim Şurada büro ilə təmin olunmağımız da bunun göstəricisidir. Bunu görüşdüyüm adamlar da sıx-sıx vurğulayırdılar.
Hər halda kifayət qədər nüfuzlu bir beynəlxalq təşkilatda APA-ya olan belə yüksək münasibət çox məmnunedicidir. Avropa Şurasında mənim kiməsə APA barədə məlumat verməyimə ehtiyac yox idi. Onlar özləri mənə bizim agentlik barədə danışırdılar. Bütün həmkarlarıma təmsil etdikləri qurum barədə belə nüfuzlu və məmnuniyyət dolu rəylər eşitməklərini arzulayıram.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək