Bank Of Baku

“Azərbaycanda internet mediasının tənzimlənməsi” mövzusunda konfrans keçiriləcək

“Azərbaycanda internet mediasının tənzimlənməsi” mövzusunda konfrans keçiriləcək
# 02 iyun 2009 09:26 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa Şurası ilə Azərbaycan Milli Televiziya və Radio Şurası iyunun 4-də “Azərbaycanda internet mediasının tənzimlənməsi” mövzusunda konfrans keçirəcək. Bu barədə APA-ya Avropa Şurasının Bakıdakı informasiya ofisindən məlumat verilib. Tədbirdə Azərbaycan Prezident Administrasiyasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Milli Televiziya və Radio Şurasının məsul şəxsləri, AŞ-nin ekspertləri, Milli Məclisin üzvləri, internet mediası və ənənəvi medianın nümayəndələri, həmçinin Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların və səfirliklərin təmsilçiləri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR