Bank Of Baku

“Mediaya dövlət dəstəyi onun müstəqilliyinə nə qədər təsir edəcək” mövzusunda debat keçirilib

“Mediaya dövlət dəstəyi onun müstəqilliyinə nə qədər təsir edəcək” mövzusunda debat keçirilib
# 02 iyun 2009 11:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün “Mediaya dövlət dəstəyi onun müstəqilliyinə nə qədər təsir edəcək” mövzusunda debat keçirilib. APA-nın məlumatına görə, debatda tərəf kimi Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli çıxış ediblər. R. Hacıbəyli Mətbuata Dövlət Dəstəyi Fondunun Azərbaycan mətbuatının inkişafına hər hansı müsbət təsirinin olacağına inanmadığını deyib.

Elçin Şıxlı isə Mətbuata Dövlət Dəstəyi Fondunun yaradılması ilə bağlı ideyanın müəlliflərindən biri olduğunu qeyd edib: “Hakimiyyətlə mətbuat arasında uzlaşma yaranmalıdır. Dövlət, hakimiyyət mətbuatla səmərəli işləməyi öyrənməli, bununla bağlı konsepsiyası olmalıdır”. E. Şıxlı yaradılmış fondun məhz belə bir konsepsiya rolunu oynadığını bildirib.

Debatda iştirakçılar qarşılıqlı müzakirə aparıb, mövzu ilə bağlı bir-birlərinə suallar ünvanlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR