Bank Of Baku

Bakıda “Televiziya və radio yayımı qanunvericiliyi” mövzusunda dəyirmi masa keçirilir

Bakıda “Televiziya və radio yayımı qanunvericiliyi” mövzusunda dəyirmi masa keçirilir
# 05 iyun 2009 09:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bakıda Avropa Şurası (AŞ) Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə birgə “Televiziya və radio yayımı qanunvericiliyi” mövzusunda dəyirmi masa keçirilir. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek deyib ki, adıçəkilən qanunvericiliyi mükəmməl şəkildə Azərbaycanda tətbiqi bu sahədə müəyyən inkişafa təkan verə bilər. Onun sözlərinə görə, mediada ifadə azadlığının olması nə dərəcədə zəruridirsə, müəyyən məhdudiyyətlərin olması da vacibdir. V. Kotek çıxışında dünya təcrübəsindədən misallar çəkib. MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə bildirib ki, adıçəkilən qanun artıq Milli Məclisdə müəyyən əlavə və dəyişikliklərlə qəbul edilib: “Bu sahənin tənzimlənməsi məqsədilə qanun 2002-ci ildə qəbul olunub. Bu zaman Azərbaycanda tənzimləyici qurum olmayıb. Şura yaradıldıqdan sonra qanunun tətbiqi zamanı müəyyən çətinliklər yaranıb. Bu da qanunda bir sıra boşluqların olması ilə bağlı olub. Buna görə də dölət başçısına qanunda dəyişikliklər edilməsi məqsədilə təkliflərlə çıxış etdik. 2008-ci ildə isə qanuna bir sıra dəyişikliklər edilib”.
Media üzrə ekspert Ələsgər Məmmədli qanunda yer alan müddəaların bəziləri ilə razılaşmadığını deyib: “Qanunda göstərilib ki, il ərzində üç dəfə hüquqi yanlışlığa yol verən telekanalın lisenziyası alına bilər. Bundan başqa qanunda şuranın cəza məqsədilə televiziya kanalının bir ay müddətində müvəqqəti dayandırması da qeyd olunub. Nəzərə alaq ki, hansısa telekanalın bir ay müddətində yayımının dayandırılması qurumun fəaliyyətini iflic edə bilər”. Buna cavab olaraq isə N. Məhərrəmli deyib ki, post sovet ölkələrində televiziya sahəsində müəyyən məhdudiyyətlərin olması başa düşüləndir. Çünki bu məkan inkişaf etmiş qərbi Avropadan həssaslığına görə, fərqlənir. AŞ-nın eksperti Eve Solomon bildirib ki, lisenziyanın 1 ay müddətində dayandırılması çox sərt tədbirdir. Bu telekanalların fəaliyyətinə ciddi təsir edə bilər. E. Solomon cəza tədbirlərinin yumşaldılmasını məqsədəuyğun hesab edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR