Bank Of Baku

Helsinkidə Beynəlxalq Mətbuat İnstitutunun Dünya Konqresi keçiriləcək

Helsinkidə Beynəlxalq Mətbuat İnstitutunun Dünya Konqresi keçiriləcək
# 05 iyun 2009 14:41 (UTC +04:00)
Bakı-APA. İyunun 6-dan 9-dək Finlandiyanın paytaxtı Helsinki şəhərində Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Dünya Konqresi və 58-ci Baş Assambleyası keçiriləcək.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) informasiya departamentinədn APA-ya verilən məlumata görə, tədbirin açılışında BMİ-nin sədri Yan Virkkunen, BMİ-nin direktoru Deyvid Dədc və Finlandiya parlamentinin spikeri Sauli Niinisto çıxış edəcək. Dünya jurnalistlərinin bu möhtəşəm toplantısında “Şimal demokratiyası – dünyaya dərsdirmi?”, “Qapıda ayı – Rusiyanın dirçəlişi və yeni soyuq müharibənin başlanğıcımı?”, “Beynəlxalq maliyyə böhranı və media”, “Asiya kapitalizmi – iqdisadiyyat azad mediasız mövcud ola bilərmi?”, “Yeni media və gələcəkdə xəbərlərin yayılma yolları” mövzusunda məruzələr dinləniləcək, o cümlədən mətbuat azadlığı problemi və digər qlobal məsələlər ətrafında müzakirələr aparılacaq. İyunun 9-da - toplantının bağlanış mərasimində Finlandiya prezidenti Tarja Halonen iştirak edəcək.
Tədbirdə BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri, BAMF sədri Umud Rəhimoğlu, BAMF-ın beynəlxalq məsləhətçisi Lutful Kəbir, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR