Bank Of Baku

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçiriləcək

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçiriləcək
# 08 iyun 2009 11:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İyulun 9-10-da İstanbulda (Türkiyə) Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçiriləcək. Azərbaycan Mətbuat Şurasından (MŞ) APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanı MŞ sədri Əflatun Amaşov təmsil edəcək. Toplantıda dünyada söz və mətbuat azadlığının vəziyyəti, KİV-in özünütənzimləmə üsullarının təkmilləşdirilməsi müzakirə olunacaq, mövcud problemlər araşdırılacaq və vəziyyətdən çıxış yolları müəyyənləşdiriləcək. Ə. Amaşov tədbirdə məruzə ilə çıxış edəcək. Qeyd edək ki, Mətbuat Şurası 2005-ci ildən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. Şura bu kimi toplantılara artıq üçüncü dəfədir qatılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR