Bank Of Baku

Avropa Şurasında « Cənubi Qafqaz ölkələrinin media qurumlarına dəstək » mövzusunda seminar keçirilir

Avropa Şurasında « Cənubi Qafqaz ölkələrinin media qurumlarına dəstək » mövzusunda seminar keçirilir
# 09 iyun 2009 09:31 (UTC +04:00)
Strasburq-APA. Straburqda Avropa Gənclər Mərkəzində Avropa Şurasının təşkilatçılığı ilə Avropa Şurasının « Cənubi Qafqaz ölkələrinin media qurumlarına dəstək » mövzusunda iki günlük seminarı işə başlayıb. APA-nın Avropa bürosunun məlumatına görə, Avropa İttifaqının maliyyələşdirdiyi bu layihə Avropa Şurası İnsan Hüquqları və Hüquqi İşlər Direktorluğunun
Media şöbəsi tərəfindən həyata keçirilir. Seminarda Cənubi Qafqazdan olan hər üç ölkənin – Azərbaycan, Gürcüstan və Ermənistanın media işləri üzrə hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları, eləcə də sözügedən sahə üzrə beynəlxalq ekspertlər iştirak edirlər. Toplantıda əsasən indiyə kimi həyata keçirilmiş media layihələrinin qiymətləndirilməsi məsələsi müzakirə ediləcək, gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Toplantının sonunda bəzi tövsiyələrin qəbul olunacağı gözlənilir. Bundan başqa media və söz azadlığına dair Avropa Şurasının standartlar, Avropa Şurası İnsan Hüquqları və Hüquqi İşlər Direktorluğunun
Media şöbəsinin bu standartların həyata keçirilməsi istiqamətində Cənubi Qafqazda həyata keçirdiyi fəaliyyət, beynəlxalq və regional səviyyədə əldə olunan nailiyyətlər və qarşıya çıxan problemlər, regional əməkdaşlıq və Avropa Şurasının bu sahədəki mümkün yardımları kimi kimi mövzular ətrafında da müzakirələr aparılacaq. Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, «Yeni nəsil » Jurnalistlər Birliyinin sədri Arif Əliyev, «Zerkalo » qəzetinin baş redaktoru Elçin Şıxlı və başqaları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR