Respublika Baş Prokurorluğunun açıqlamaları ilə bağlı APA-nın bəyanatı
Lakin xəbərin yayılmasından bir gün sonra Respublika Baş Prokurorluğunun mətbuat xidməti agentliyin rəhbərliyinə təkzib məktubu ünvanlayıb. Prokurorluq faktiki olaraq məhz agentliyin işgüzar nüfuzuna zərbə vurmaq məqsədi ilə APA-nın həmin təkzib mətnini yaymasını gözləmədən eyni məktubun surətini digər KİV-lərə də yayaraq, rəqiblərimizin bu xəbərdən bizim əleyhimizə istifadə etmələrinə imkan yaradıb.
Agentlik bu hadisəni təəssüflə qarşılasa da, məsələyə daha çox peşəkar prinsipdən yanaşaraq, əlavə heç bir açıqlama ilə çıxış etməyib.
APA bəyan edir ki, həmin xəbər agentliyə bir neçə gün öncə daxil olub, həmin vaxt xəbəri qeyri-rəsmi təsdiq edən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bir neçə gün gözləməyi lazım bilib. Hətta xəbər yayılan gün o, agentliklə əlaqə saxlayaraq xəbərdə bir neçə düzəliş də edib, heç bir təkzib tələbi ilə çıxış etməyib. Lakin iyunun 9-da təkzib açıqlaması yayıb.
Bu il iyunun 11-də APA 2003-cü və 2004-cü illərdə törədilmiş ağır cinayət hadisəsi ilə əlaqədar Gəncə şəhərində bir neçə vəzifəli şəxsin istintaqa cəlb edilməsi ilə bağlı cinayət işinin müstəntiqinin dəyişdirilməsi barədə xəbər yayıb. Həmin vaxt əməkdaşlarımızın və rəhbərliyin mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlamaq cəhdləri nəticə verməyib. Müstəntiq Vüqar Nəsibov işi apardığını təkzib etməyib, lakin istintaqın gedişi ilə bağlı ətraflı məlumat verməkdən imtina edib.
Lakin bu gün müstəntiq Nadir Mirzəyev başqa bir KİV-də görünərək, yenə də APA-nın nüfuzuna xələl gətirəcək ifadələr səsləndirməklə agentliyin məlumatını təkzib etməyə çalışıb. O da bizə bəllidir ki, öz təşəbbüsü ilə Nadir Mirzəyevin hansısa KİV-də görünməyi mümkün deyil.
APA baş verənlərdən təəssüfləndiyini, bunun heç bir əməkdaşlıq prinsiplərinə uyğun gəlmədiyini bildirməklə yanaşı, Baş Prokurorluq tərəfindən agentliyə olan bu yanaşmanı anlamadığını qeyd edir. Agentliyin nailiyyətlərinin, beynəlxalq nüfuzunun artdığı bir vaxtda bütün cəhdlərlə xəbərlərimizə etimadsızlıq yaradılmasının səbəbini öyrənmək bizim üçün də maraqlı olardı.
Eyni zamanda xüsusilə qeyd olunmalıdır ki, bu hadisə ilə bağlı demək olar ki, ölkənin əksər KİV-ləri ən müxtəlif xəbər və versiyaları daha kəskin şəkildə yazmaqda davam etsələr də, məhz APA-nın hədəfdə olması bizdə suallar yaratmaya bilmir.
APA bir daha baş verənlərdən təəssüfləndiyini bildirərək, prinsipial xəbərçilik mövqeyindən çəkilmək niyyətində olmadığını bir daha vurğulamaqla Respublika Baş Prokurorluğu ilə əməkdaşlığı davam etdirmək əzmini və niyyətini bəyan edir.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək