Bank Of Baku

Ağabəy Əsgərov: “Mətbuat Şurasının siyahısındakı “reket” qəzetlərdən heç biri Azərbaycan Nəşriyyatında fəaliyyət göstərmir”

Ağabəy Əsgərov: “Mətbuat Şurasının siyahısındakı “reket” qəzetlərdən heç biri Azərbaycan Nəşriyyatında fəaliyyət göstərmir”
# 13 iyun 2009 11:06 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Hazırda Mətbuat Şurasının siyahısındakı “reket” qəzetlərdən heç biri Azərbaycan Nəşriyyatında fəaliyyət göstərmir. “Reket” qəzetlərin siyahısına düşən mətbuat orqanlarından beş-altısı Azərbaycan Nəşriyyatında yerləşirdi. Biz də onları binadan çıxardıq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərov deyib. Direktor hazırda Azərbaycan Nəşriyyatında 170-dək qəzet və jurnalın fəaliyyət göstərdiyini bildirib. A. Əsgərov həmin qəzet və jurnalların əksəriyyətinin Azərbaycan Nəşriyyatına borclu olduğunu, bu borcun ödənməsi üçün onlara mütəmadi müraciətlər edildiyini söyləyib: “Qəzet və jurnalların nəşriyyata həmişə borcu olur. Biz müraciət edəndə borcun bir hissəsini ödəyirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR