Bank Of Baku

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun xərclər smetası təsdiq edilib

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun xərclər smetası təsdiq edilib
# 16 iyun 2009 16:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Nazirlər Kabineti Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xərclər smetası, ştat cədvəli, işçilərinin say həddi və aylıq vəzifə maaşlarını təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin qərarı ilə Fondun işçilərinin say həddi 4 nəfər müəyyən edilib. Fondun saxlanılma xərcləri dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin əsas bölmələrinə aid olmayan "Sair xərclər" köməkçi bölməsində nəzərdə tutulmuş vəsaitlərdən ödəniləcək.

Fondun 2009-cu il üçün cəmi xərcləri 1 304 160 manat, o cümlədən, bundan fondun saxlanma xərci 204 160 manat təsdiq edilib. Fondun vəsaitlərindən
1 mln. 100 min manat isə Kütləvi İnformasiya Vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramların, layihələrin və digər tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Nazirlər Kabinetinin qərarı ilə Fondun icraçı direktorunun aylıq vəzifə maaşı 760 manat, baş mühasibin maaşı 495, aparıcı məsləhətçinin 410, məsləhətçinin isə 400 manat təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR