Bank Of Baku

Mətbuat Şurası “Azadlıq” qəzetinə peşə prinsiplərinin pozulması ilə bağlı müraciət edib

Mətbuat Şurası  “Azadlıq” qəzetinə peşə prinsiplərinin pozulması ilə bağlı müraciət edib
# 17 iyun 2009 09:51 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Mətbuat Şurası (MŞ) “Azadlıq” qəzetinin bu ilin may-iyun aylarında çıxan saylarında peşə prinsiplərinin pozulması ilə bağlı qəzetə müraciət ünvanlayıb. MŞ-dan APA-ya daxil olan müraciət mətnində bildirilir ki, hər bir kütləvi informasiya vasitəsi fəaliyyət sərbəstliyinin peşə məsuliyyəti ilə vəhdət təşkil etdiyini nəzərə almalıdır: ““Azadlıq” qəzetində Sakit Zahidovun (Mirzə Sakitin) son vaxtlar “Radikal” rubrikasında təqdim olunan bir sıra yazılarında həmin normalar gözlənilmir, ictimai-siyasi xadimlərin, tanınmış adamların şərəf və ləyaqətinin təhqirinə, ictimai nüfuzlarının müxtəlif üsullarla aşağılanmasına yönələn fikirlər yer alır. Bunlar etik prinsiplərə ciddi sayğısızlıqdır. Şura belə qənaətdədir ki, qəzetin rəhbərliyi açıq qərəz və hiddətdən qaynaqlanan nümunələrin dərcinin yolverilməzliyini diqqətdən qaçırmamalıdır”.

Müraciətdə bildirilib ki, şura indiyədək “Azadlıq” qəzetində müxtəlif səpkili peşə pozuntuları ilə bağlı qərarlar və rəylər çıxarıb, irad və tövsiyələrini bildirib.
Müraciətdə, həmçinin “Azadlıq” qəzeti rəhbərliyinə məsələni diqqətdə saxlamaq və xoşagəlməz halların təkrarlanmasına yol verməmək tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR