Bank Of Baku

“Mətbuatda peşə etikası və qanunlarının gözlənilməsi” adlı üç aylıq müqayisəli hesabat hazırlanıb

“Mətbuatda peşə etikası və qanunlarının gözlənilməsi” adlı üç aylıq müqayisəli hesabat hazırlanıb
# 18 iyun 2009 15:44 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Mətbuat Şurası “Mətbuatda peşə etikası və qanunlarının gözlənilməsi” adlı üç aylıq müqayisəli hesabat hazırlayıb. Şuradan APA-ya daxil olan məlumata görə, sabah ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində aparılan monitorinqin nəticələrinə dair konfrans keçiriləcək. Konfransda hesabatın əks olunduğu bülleten təqdim olunacaq.

Qeyd edək ki, bülletendə ölkənin qəzet, jurnal və xəbər portalları da daxil olmaqla, ümumilikdə 60-a qədər KİV-də peşə prinsiplərinə riayət olunması sahəsindəki tendensiyalar, etik normaların pozulması hallarının müxtəlif təzahür formaları yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR