Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının sədri APA və “Turan” informasiya agentliklərinin rəhbərlərinə müraciət edib

Azərbaycan Mətbuat Şurasının sədri APA və “Turan” informasiya agentliklərinin rəhbərlərinə müraciət edib
# 19 iyun 2009 10:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Mətbuat Şurasının sədri Əflatun Amaşov APA və “Turan” informasiya agentlikləri arasında yaranmış qarşıdurmaya son qoymaq üçün həmin qurumların rəhbərlərinə müraciət edib. APA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında Ə. Amaşov qeyd edib ki, bir müddət Azərbaycanda olmadığından məsələ barədə əvvəlcədən xəbəri olmayıb: “Məlumat alan kimi, hər iki KİV rəhbəri ilə söhbət etdim, məsləhət gördüm ki, bu məsələlərə son qoysunlar. Əminəm ki, bu danışıqdan sonra məsələ bitmiş hesab oluna bilər. Mən həmin KİV-lərin hər ikisinin rəhbəri ilə müzakirə apardım və razılığa gəldik ki, bunu davam etdirməyə ehtiyac yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR