ANS və Milli Teleradio Şurası arasında qarşılıqlı ittihamlar başlayıb
M. Ağayevin açıqlamasında Milli Teleradio Şurasının məlumatının heç bir fakta əsaslanmadığı, hansısa qeyri-müəyyən çoxsaylı tamaşaçı zənginə söykənən qərəzli məlumat olduğu qeyd edilib.
M. Ağayev bildirib ki, bu yaxınlarda MTRŞ-ya ANS ÇM- in “Gənc Klub” verilişi ilə bağlı radiostansiyanın baş direktoru və hüquqşünası dəvət edilərək onlara verilişdə milli-mənəvi dəyərlərə əməl olunmaması barədə irad bildirilib. Lakin radio rəsmiləri iradlarla razılaşmayaraq, şuraya verilişin yazıldığı diski təqdim ediblər. Şura üzvləri diskə qulaq asmaqdan imtina edərək, çoxsaylı dinləyici zənglərinə istinad ediblər. Radionun təmsilçiləri qurumu tərk edəndən dərhal sonra isə şura KİV-ə ANS ÇM-in "Gənc Klub" verilişində bir neçə dəfə milli-mənəvi dəyərləri nəzərə almayan, etik normalara uyğun olmayan halların qeydə alınması və radiostansiyanın milli-mənəvi dəyərlərə zidd olan mövzuları müzakirəyə çıxarmaqla "Teleradio yayımı haqqında" qanunun tələblərini və MTRŞ-nın qəbul etdiyi xüsusi qaydaları pozması barədə məlumat ötürüb.
M. Ağayevə şuranın məlumatını “heç bir real fakta əsaslanmayan, hansısa qeyri-müəyyən dinləyici zənglərinə söykənən, həqiqətdən çox uzaq məlumatlar” adlandırıb: “Bu, ANS-i gözdən salmağa yönəlmiş kampaniyanın tərkib hissəsi olmaqdan başqa bir şey deyil. Biz məlumatı araşdırdıq və birmənalı şəkildə əmin olduq ki, “Teleradio yayımı haqqında” qanunun nəinki 32.09-cu maddəsinin, ümumiyyətlə, heç bir qanunun pozulmasından söhbət belə gedə bilməz”.
“MTRŞ ötən il noyabrın 11-də də ANS TV-ni qərəzli cəzalandırmışdı. O vaxt ANS Milli Televiziya və Radio Şurasına rəsmi etiraz məktubu göndərməklə ANS TV-yə elan edilmiş xəbərdarlığı ləğv etməyə çağırsa da, qurum bu müraciəti cavabsız buraxmışdı. Bütün bunların təsadüfi deyil, əksinə tədricən cəmiyyətdə ANS-in qanunlara sayğısız yanaşdığını təlqin etmək məqsədi daşıyır”.
MTRŞ-nın ANS ÇM-i milli və mənəvi dəyərləri pozan verilişlər yaymaqda günahlandırmasının arxasında “məkrli məqsədlər dayandığını” qeyd edən ANS-in vitse-prezidenti şuranın xəbərdarlığını “təxribat” adlandırıb: “Üç ilə yaxındır ki, ANS MTRŞ-nın əsassız qərarlarına və qeyri-real iddialarına münasibət bildirməmək siyasəti yürüdür. Biz bununla qarşı tərəfə öz qərarlarına daha peşəkar yanaşmaq şansı verirdik. Amma görünür, Milli Televiziya və Radio Şurasında bu davranışı başqa şəkildə qəbul edirlər. Biz bundan sonra qurumun obyektivlikdən uzaq qərarlarına münasibətimizi dərhal bildirəcəyimizi bəyan etməklə, Milli Televiziya və Radio Şurasını öz addımlarında daha məsuliyyətli olmağa çağırırıq. İlk belə addım isə ANS ÇM-ə şifahi xəbərdarlıq edilməsi ilə bağlı KİV-də yayılmış məlumatların təkzib edilməsi ola bilərdi, biz bunun məhz belə olacağına inanırıq”.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov isə APA-ya bildirib ki, ANS CM-in rəhbərliyi quruma heç bir irad bildirməyib: “Əksinə, ANS CM-in direktoru Kütləvi İnformasiya Vasitələrinə bildirib ki, MTRŞ-nın iradları haqlıdır və bir də belə səhv olmayacaq. MTRŞ sübutu olmadan, heç bir kanala və radioya xəbərdarlıq etmir. Əlimizdə ANS CM-də bizim irad tutduğumuz verilişin audio yazısı var. Biz bu verilişin stenoqramını da çıxarmışıq. Həmin verilişlərdə milli-mənəvi dəyərlərin pozulması ilə bağlı faktları istənilən formada müzakirə etməyə hazırıq. Əgər onların rəsmi etirazları varsa, MTRŞ-ya göndərə bilərlər. Əgər MTRŞ-nın qərarın əsassız olsaydı, ANS məhkəməyə müraciət edə bilərdi. Mirşahin Ağayev hesab edirsə ki, bu verilişlərdə milli-mənəvi dəyərlərə zidd heç nə yoxdur, onda onun milli-mənəvi dəyərlərlə bağlı təsəvvürlərində yanlışlıq var. Qanuna görə, pornoqrafiya ilə bağlı söhbətlər yalnız saat 23.00-dan sonra aparıla bilər”.
T. Dadaşov deyib ki, MTRŞ məsələyə nöqtə qoymasa da, ANS-ə şifahi xəbərdarlıqla kifayətlənib. Radionun fəaliyyəti isə MTRŞ-nın nəzarəti altındadır. Əgər bir də belə hal müşahidə olunsa, radioya qarşı ciddi tədbir görüləcək.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi ANS ÇM radiostansiyasına şifahi xəbərdarlıq edib. Bununla bağlı MTRŞ-nın məlumatında bildirilib ki, ANS ÇM-in “Gənc klub” verilişinin bir neçə buraxılışında milli-mənəvi dəyərləri, etik normaları pozan hallar qeydə alınıb: “Radiostansiya “Teleradio yayımı haqqında” qanunun 32.0.9 maddəsinin milli mənəvi dəyərlərin qurunmasına ardıcıl əməl olunması ilə bağlı tələblərini və uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran hallarla bağlı MTRŞ-nın qəbul etdiyi Xüsusi Qaydaları pozub. Verilişin buraxılışlarından birində erotik və pornoqrafik filmlərlə bağlı müzakirələr aparılıb. Çoxsaylı dinləyici şikayətlərinə əsasən, radiostansiyanın son həftələrdə olan yayımları monitorinq nəzarətinə götürülüb. Hazırda faktların dəqiqləşdirilməsi prosesi gedir, əldə etdiyimiz faktlar verilişlərin audio yazıları ilə tutuşdurulur. Faktlar tam dəqiqləşəndən sonra bu məsələ MTRŞ-nın yaxın günlərdə keçiriləcək iclasında müzakirəyə çıxarılacaq”.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?