Bank Of Baku

Lent.az portalının fəaliyyətə başlamasından 1 il ötür

Lent.az portalının fəaliyyətə başlamasından 1 il ötür
# 25 iyun 2009 08:21 (UTC +04:00)
Bakı - APA. Bu gün Lent.az portalının internet məkanında fəaliyyətə başlamasından 1 il ötür. 2008-ci il 25 iyunda internet istifadəçilərinin görüşünə gələn Lent.az qısa müddət ərzində oxucuların həm etibarlı informasiya mənbəyinə, həm də sevimli dostuna çevrilə bilib. Maraqlı layihələri, eksklüziv xəbərləri, yenilikləri ilə geniş oxucu kütləsi toplaya bilən Lent.az hazırda Azərbaycan dilli internet media resursları arasında liderdir.

İnternet media orqanı olması baxımından, Lent.az yeni təşəkkül tapmaqda olan bu sahənin ilk qaranquşlarından sayılır. Hazırda yerli və beynəlxalq təşkilatların, media institutlarının bu sahəyə diqqət verməsi internet mediasının inkişaf perspektivlərinin geniş olduğunu, başqa sözlə, hələ işləməyə xeyli əsaslar olduğunu deməyə əsas verir.

APA olaraq həmkarlarımızı təbrik edir, onlara uğurlar arzulayırıq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR