Bank Of Baku

Jurnalistlərin peşə bayramı “Gülüstan” sarayında qeyd olunacaq

Jurnalistlərin peşə bayramı “Gülüstan” sarayında qeyd olunacaq
# 25 iyun 2009 11:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu il iyulun 22-də qeyd olunacaq jurnalistlərin peşə bayramını Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu keçirəcək. APA-nın məlumatına görə, bunu fondun icraçı direktoru Vüqar Səfərov deyib. O bildirib ki, jurnalistlərin peşə bayramının “Gülüstan” sarayında qeyd olunması nəzərdə tutulub: “Bayram münasibətlə qəzetləri və agentlikləri mükafatlandıracağıq. Bundan başqa, qəzet və agentliklərin təqdimatı əsasında istedadlı və peşəkar jurnalistlərə də mükafatlar verəcəyik. Hər mətbuat orqanı iki jurnalistin adını təqdim edəcək, biz onlardan birini seçib mükafata layiq görəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR