Bank Of Baku

Lənkəranda Media-Hüquq Mərkəzinin açılışı olub

Lənkəranda Media-Hüquq Mərkəzinin açılışı olub
# 25 iyun 2009 13:05 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəranda Azərbaycan jurnalistlər Birliyinin (AJB) cənub bölgəsi üzrə yaradılmış Media-Hüquq Mərkəzinin açılışı olub. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə AJB-nin məsul katibi Şahin Babayev çıxış edərək mərkəzin AYB-nin “Cənub regionunda fəaliyyət göstərən jurnalistlərin hüquqi maarifləndirilməsi” layihəsi çərçivəsində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə işə başladığını deyib. Onun sözlərinə görə, mərkəzin yaradılmasında əsas məqsəd cənub bölgəsi üzrə KİV-lərdə çalışan jurnalistlərin hüquqi biliklərinin artırılması, yerli jurnalistlərdə mətbuat sahəsində mövcud qanunvericilik bazası, onun verdiyi imkanlar və vəzifələr, jurnalist peşəkarlığının artırılmasında qanunvericilik bazasının vacibliyini və məsuliyyətinin artırmaqdır. Layihə çərçivəsində həmçinin regional nəşrlərin hüquqi məlumatlandırılmasına xidmət edəcək hüquqi məsləhətlər, treninqlər və s. tədbirlərin keçirilməsi, digər regionlarda KİV-lə işləyən mütəxəssislərlə informasiya mübadilələrinin aparılması da nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR