Bank Of Baku

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi layihə müsabiqəsi ilə bağlı treninq-məşğələlər başlanıb

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi layihə müsabiqəsi ilə bağlı treninq-məşğələlər başlanıb
# 01 iyul 2009 10:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Mətbuat Şurasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi layihə müsabiqəsi ilə bağlı treninq-məşğələlər başlanıb. Şuradan APA-ya verilən məlumata görə, treninq-məşğələlər qruplar üzrə keçirilir. Hər qrup üçün 3 gün ərzində saat 10.00-dan 14.00-dək vaxt müəyyənləşdirilib. Digər qrupun məşğələlərinə gələn həftənin ilk iş günündən start veriləcək. Məşğələlər müstəqil ekspertlər Aydın Kərimov və Nigar Atabəyli tərəfindən aparılır. Treninqin ilk günündə tədbirə 30-dək KİV təmsilçisi qatılıb. Əvvəlcə iştirakçılara təlimin məqsədi, təşkili və iş qaydası, sonra layihə təklifinin yazılması, müsabiqə qaydaları, layihələrin strukturu və mövzuları barədə məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR