Bank Of Baku

Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbul edilməməsinin yaratdığı problemlərə həsr olunmuş dəyirmi masa keçirilib

Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbul edilməməsinin yaratdığı problemlərə həsr olunmuş dəyirmi masa keçirilib
# 02 iyul 2009 10:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Media Hüquqları İnstitutunun təşkilatçılığı ilə Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbul edilməməsinin yaratdığı problemlərə həsr olunan dəyirmi masa təşkil edilib. APA-nın məlumatına görə, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı Azərbaycanda jurnalistlərlə bağlı keçirilən məhkəmə proseslərinin Avropa İnsan Haqları Məhkəməsinin təcrübəsinə əsaslanmadığını, hakimlərin sovet qaydaları ilə qərarı çıxardığını deyib. O bildirib ki, yerli məhkəmə qərarları AİHM təcrübəsinə əsaslanmadığından jurnalistlər barələrində çıxarılan hökmlərlə bağlı beynəlxalq instansiyalara müraciət edirlər: “Biz Avropa Məhkəməsinə jurnalistlər haqqında 20 iş göndərmişik”.

Hüquqşünas İntiqam Əliyev indiyə kimi Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanda həbs olunan jurnalistlərdən yalnız Rövşən Kəbirli və Yaşar Ağazadə haqqında qərar verdiyini söyləyib: “Yaxın vaxtlarda isə Sarvan Rizvanov və Ramiz Nəcəfovun işi ilə bağlı qərar olacaq”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev “Diffamasiya haqqında” qanunun qəbul edilməsi üçün jurnalistlərin lobbi fəaliyyətinə başladığını vurğulayıb: “Hazırda jurnalistlərin imzaları toplanır. Bu ilin payızında qanunun qəbul edilməsi üçün parlamentə müraciət ediləcək”. A. Əliyev bu ilin noyabrında Bakıda bu məsələlərə həsr olunacaq beynəlxalq media forumun keçirilməsinin gözlənildiyini də əlavə edib.

Sabiq millət vəkili Rizvan Cəbiyev də hesab edir ki, artıq “Diffamasiya haqqında” qanunun qəbul edilməsinin vaxtı çatıb: “Vaxtilə mən bu qanunun qəbul edilməsinin əleyhinə olmuşam. İndi isə bu qanunun qəbul edilməsinə ehtiyac yarandığını görürəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR