Bank Of Baku

Mətbuat Şurasına qarşı iddia rədd edilib

Mətbuat Şurasına qarşı iddia rədd edilib
# 02 iyul 2009 13:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Binəqədi rayon Məhkəməsində “Korrupsiya və cəmiyyət” jurnalının və nəşrin baş redaktoru Məmməd Həmidovun iddiaları əsasında Azərbaycan Mətbuat Şurasına (MŞ) və Şuranın “reket” jurnalistikaya qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadəyə qarşı məhkəmə prosesi keçirilib. Şuradan APA-ya verilən məlumata görə, hakim Allahverdi Həsənovun sədrliyi ilə keçirilən prosesdə iddiaçıların cavabdeh tərəflərə qarşı irəli sürdüyü “şərəfin, ləyaqət və işgüzar nüfuzun müdafiəsi, təkzib verilməsi, vurulmuş mənəvi və maddi zərərin ödənilməsinə” dair iddiaların əsassız olduğu haqda qətnamə qəbul olunub.
Qeyd edək ki, MŞ-nın İdarə Heyəti “Korrupsiya və cəmiyyət” jurnalının adını aprelin 24-də keçirdiyi iclasında etik prinsiplərə birbaşa sayğısızlıq, peşə səlahiyyətlərini aşmağa görə “reket” nəşrlər sırasına daxil olunması barədə qərar qəbul etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR