Bank Of Baku

“Cənubi Azərbaycan mətbuatının tarixi” kitabının təqdimetmə mərasimi keçirilib

“Cənubi Azərbaycan mətbuatının tarixi” kitabının təqdimetmə mərasimi keçirilib
# 07 iyul 2009 13:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Mətbuat Şurasında (MŞ) Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Pərvanə Məmmədlinin “Cənubi Azərbaycan mətbuatının tarixi” kitabının təqdimetmə mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, kitabda IX əsrin birinci yarısından müasir dövrədək Cənubi Azərbaycanda yaşayan azərbaycanlı ziyalıların ədəbi-ictimai fəaliyyətindən, onların nəşr etdirdikləri mətbu orqanlardan bəhs olunur. Kitabda həm Məşrutə inqilabı, həm Xiyabani hərəkatı, həm 21 Azər hərəkatı, həm də İran inqilabı zamanında mətbuatın ictimai proseslərə təsiri göstərilib. Ə. Amaşovun sözlərinə görə, kitabda Azərbaycan mətbuatı tarixində bir sıra yeni faktlara və sənədlərə də rast gəlmək mümkündür.
İranda nəşr olunan “Varlıq” jurnalının baş redaktoru Cavad Heyət isə bildirib ki, Cənubi Azərbaycan mətbuatı indiyədək tədqiqat mövzusu olmayıb: “Bu kitab Cənubi Azərbaycan türklərinin ana dilində iki əsrdə çıxardığı qəzet və jurnalların tarixidir. Bu tarixi çox adam bilmir. Ona görə də belə kitabların yazılması vacibdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR