Bank Of Baku

Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısına qatılacaq

Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısına qatılacaq
# 08 iyul 2009 09:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısında iştirak etmək üçün Türkiyəyə gedib. Şuradan APA-ya daxil olan məlumata görə, iyulun 9-10-da İstanbulda keçiriləcək tədbirdə Ə. Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət prinsipləri, həyata keçirdiyi işlərlə bağlı məruzə edəcək. Toplantıda həmçinin dünyada söz və mətbuat azadlığının vəziyyəti, KİV-in özünütənzimləmə üsullarının təkmilləşdirilməsi müzakirə olunacaq, mövcud problemlər araşdırılacaq, çıxış yolları müəyyənləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR