Bank Of Baku

Azərbaycanın Jurnalist Qadınlarının I Ümumrespublika Forumu keçirilib

Azərbaycanın Jurnalist Qadınlarının I Ümumrespublika Forumu keçirilib
# 15 iyul 2009 09:10 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Bakıda Azərbaycanın Jurnalist Qadınlarının I Ümumrespublika Forumu keçirilib. APA-nın məlumatına görə, forumda Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezident Sevil Yusifova çıxış edərək qadın jurnalistlərin milli jurnalistika tarixində oynadığı roldan və onların xidmətlərindən danışıb. S. Yusifova deyib ki, Azərbaycan mətbuatının inkişafında, onun irəliyə aparılmasında qadın jurnalistlərin xidmətləri böyük olub. O, müasir dövrdə müxtəlif kütləvi informasiya vasitələrində çalışan qadınların yüksək peşəkarlıq nümayiş etdirdiyini vurğulayıb.

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev ölkədə mətbuatın inkişafına, jurnalistikanın özünütənzimləmə prinsipinə böyük diqqət göstərildiyini söyləyib. Onun sözlərinə görə, Azərbaycanda yaradılan Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondu müstəqil mətbuatın güclənməsinə təkan verəcək.

Millət vəkili Qənirə Paşayeva isə belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirib. O, Azərbaycanın jurnalistika tarixində qadın jurnalistlərin müstəsna xidmətləri olduğunu bildirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da ölkə mətbuatının getdikcə inkişaf etdiyini və bu prosesdə qadın jurnalistlərin də xidmətlərinin olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR