Bank Of Baku

Milli Televiziya və Radio Şurası “Kabel televiziyası sahəsində fəaliyyət qaydaları”nı müzakirə edib

Milli Televiziya və Radio Şurası “Kabel televiziyası sahəsində fəaliyyət qaydaları”nı müzakirə edib
# 15 iyul 2009 14:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda Şura tərəfindən hazırlanmış “Kabel televiziyası sahəsində fəaliyyət qaydaları”nın layihəsi müzakirə edilib. İclasda “Kabel televiziyası sahəsində fəaliyyət qaydaları”nın layihəsinin “Normativ hüquqi aktlar haqqında” qanunda normativ aktlar üçün nəzərdə tutulmuş tələblərə uyğunlaşdırılması və müəyyən əlavə və dəyişiklərin edilməsi şərti ilə Şuranın növbəti iclasında müzakirəyə çıxarılması barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR