Bank Of Baku

Mətbuat Şurasında “Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə KİV-in rolu” mövzusunda dəyirmi masa keçirilib

Mətbuat Şurasında “Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə KİV-in rolu” mövzusunda dəyirmi masa keçirilib
# 17 iyul 2009 14:11 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı (SCAD) çərçivəsində “Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə KİV-in rolu” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə MŞ sədri Əflatun Amaşov bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsi ümumbəşəri bir problem olmaqla Azərbaycanda da müəyyən dərəcədə müşahidə olunur: “Bu problemin qarşısının alınması üçün kütləvi informasiya vasitələri də mühüm əhəmiyyət daşıyır. Amma mövzu həssas olduğu üçün jurnalistlərin bu sahədə materiallar hazırlayarkən diqqətli olması, müəyyən məqamlara diqqətlə yanaşması tələb olunur ki, keçirilən dəyirmi masa da məhz bu məqsədə xidmət edir”.

Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının ölkə üzrə rəhbəri Məzahir Əfəndiyev çıxış edərək proqramın mahiyyəti, fəaliyyət istiqamətləri, görülən işlər barədə məlumat verib.

Sonra narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə mövzusunda materiallar hazırlayarkən xüsusi həssaslıq göstərən jurnalistlərə mükafatlar təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR