Bank Of Baku

Əflatun Amaşov iranlı diplomatla görüşüb

Əflatun Amaşov iranlı diplomatla görüşüb
# 17 iyul 2009 16:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov İranın Azərbaycandakı səfirliyinin üçüncü katibi Abbas Eskəndəri ilə görüşüb. Şuradan APA-ya daxil olan məlumata görə, görüşdə hər iki ölkə mediasının hazırkı durumu ətrafında fikir mübadilələri aparılıb. Ə. Amaşov iranlı diplomata ölkədə söz və mətbuat azadlığının mövcud durumu haqqında məlumat verib. Diplomat isə İranla bağlı hadisələrin Azərbaycan mediasında işıqlandırılmasından söhbət açıb. Hər iki tərəf İran və Azərbaycan xalqlarının bir-birinə daha da yaxınlaşmasında medianın önəmli rol oynadığını vurğulayıblar. Görüşdə Azərbaycanlı jurnalistlərin İrana səfərinin təşkili barədə də fikir mübadilələri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR