Bank Of Baku

Ombudsman Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib

Ombudsman Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib
# 20 iyul 2009 16:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Elmira Süleymanova ölkə mediasının nümayəndələrini 22 iyul - Milli Mətbuat günü münasibətilə təbrik edərək, Azərbaycan Mətbuat Şurasının sədrinə məktub göndərib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E.Süleymanova bildirib ki, Həsən bəy Zərdabi ənənələrini yaşadan Azərbaycan mətbuatı bütün dövrlərində çətin və şərəfli yol keçib, milli şüurun, sağlam mənəvi dəyərlərin formalaşmasında, insan hüquqlarının, fikir və söz azadlığının müdafiəsində əvəzsiz rol oynayıb: “Vətəndaş cəmiyyətinin təşəkkülünə xidmət edən yazılara, real gerçəkliyi əks etdirən sözə, tarazlaşdırılmış informasiyaya bu gün böyük ehtiyac var. Cəmiyyət yazılı və elektron mətbuatdan daha çox obyektivlik, peşəkarlıq, qərəzsizlik, aktual problemlərə diqqət yetirilməsini gözləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR