Bank Of Baku

YAP Milli Mətbuat Günü münasibətilə tədbir keçirib

YAP Milli Mətbuat Günü münasibətilə tədbir keçirib
# 21 iyul 2009 09:07 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Yeni Azərbaycan Partiyası (YAP) Milli Mətbuat Günü münasibətilə tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı çıxış edərək Azərbaycan mətbuatının tarixindən və bu günündən danışıb. M. Qurbanlı Azərbaycan müstəqillik əldə etdikdən sonra onun mediasının da inkişaf etdiyini deyib: “Bu gün Azərbaycan dövləti Cənubi Qafqazın lider ölkəsi olduğu kimi, onun mətbuatı da Cənubi Qafqazın lideridir. Azərbaycanda həm müxalifət, həm də müstəqil mətbuat sərbəst şəkildə fəaliyyət göstərir, söz və fikir azadlığı qorunur”.

Tədbirdən sonra ölkənin aparıcı kütləvi informasiya nümayəndələrinə mükafatlar təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR