Bank Of Baku

Akif Aşırlının “Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı keçirilib

Akif Aşırlının “Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı keçirilib
# 21 iyul 2009 09:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Atatürk Mərkəzində “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının “Azərbaycan mətbuatı tarixi” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov bildirib ki, kitab Azərbaycan mətbuatının təşəkkül tapdığı 1875-ci ildən 1920-ci ilədək olan dövrü əhatə edir. N. Cəfərov kitabın Milli Mətbuat günü ərəfəsində jurnalistlərə çox böyük hədiyyə olduğunu bildirib: “Kitabda milli mətbuat tariximizin mənbəşunaslığı, milli mətbuata hazırlıq dövrü, «Əkinçi» ilə başlanan yol, «Ziya» (Ziyayi-Qafqaziyyə), «Kəşkül», «Şərqi-Rus», «Həyat», «İrşad», «Füyuzat» kimi qəzet və dərgilər mövcud elmi tədqiqat materialları, monoqrafiyalar və arxiv sənədləri, memuar ədəbiyyatlarından istifadə edilərək yenidən işlənilib. Kitabda «Molla Nəsrəddin» jurnalistika məktəbi ilə yanaşı, I Dünya müharibəsi ərəfəsində və illərində mətbuat, Azərbaycan Xalq Cümhuriyyəti dönəmi mətbuatı da öz əksini tapıb”.
BDU-nun jurnalistika fakültəsinin müəllimi Cahangir Məmmədli isə bildirib ki, Azərbaycan jurnalistikasında bu tipli kitaba böyük ehtiyac var: “Azərbaycan mətbuatının tarixi ilə bağlı ilk kitab ötən əsrin 70-ci illərində mərhum Nəriman Zeynalov tərəfindən yazılmışdı. Lakin bu kitab o dövrün ideologiyası ilə yazılmış bir kitab idi. Etiraf edirəm ki, jurnalistika fakültəsində bu kitabın yazılması geçikib. Akif Aşırlı 35 ildən sonra mətbuat tariximizin yazılmamasından yaranan boşluğu doldurmağa çalışıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR