Azərbaycan Mətbuat Şurası 2009-cu ilin birinci yarısı üçün hesabatını açıqlayıb
Onlardan 81-i dövlət idarə, müəssisə və təşkilatlarından, 24-ü ictimai qurumlardan, 5-i siyasi partiyalardan, 13-ü yerli özünüidarəetmə orqanlarından, 35-i özəl müəssisələrdən, 89-u ayrı-ayrı vətəndaşlardan daxil olub. Daxil olan şikayətlərin 23-ü Şuranın səlahiyyətinə aid olmadığından, baxılmaq üçün müvafiq orqanlara göndərilib. Digər 224 müraciətin araşdırılması istiqamətində Şura Katibliyi tərəfindən müvafiq tədbirlər görülüb. Şura Katibliyi 181 şikayətlə bağlı cavabdeh və şikayətçi tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 79 məsələ yerindəcə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 102 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.
2009-cu ilin ilk yarısında Şuraya daxil olan şikayətlərin 102-si komissiyalarda araşdırılıb. Bunlardan 55-i Şikayətlər üzrə Komissiyada, 36-sı «Reket» jurnalistikaya qarşı mübarizə komissiyasında, 11-i Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında araşdırılıb.
Şikayətlər üzrə Komissiyada baxılan 55 məsələdən 31-i bu komissiya səviyyəsində həllini tapıb. Bu şikayətlər üzrə yalnız rəylərin çıxarılması ilə kifayətlənib. Digər 24 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.
“Reket” jurnalistikaya qarşı mübarizə Komissiyasında 36 şikayət araşdırılıb. Həmin şikayətlərə rəy verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim olunub.
Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında 11 şikayət araşdırılıb. Onlardan 7-si həllini tapıb. 4-ü ilə bağlı əlavə materiallara ehtiyac duyulduğundan, araşdırmalar davam edir. Şuranın İdarə Heyətində müzakirə edilən şikayətlərin sayı isə 24-dür.
2009-cu ilin ilk altı ayı ərzində Şikayətlər üzrə Komissiyanın, «Reket» jurnalistikaya qarşı mübarizə komissiyasının təqdimatları əsasında Mətbuat Şurasının İdarə Heyəti tərəfindən 17 məsələ ilə bağlı qəzetlərə qarşı qərarlar qəbul edilib. Şikayətlər üzrə Komissiyada 31 rəy, «Reket» jurnalistikaya qarşı mübarizə Komissiyasında 5 ümumi rəy çıxarılaraq MŞ İdarə Heyətinə təqdim olunub.
2009-ci ilin ilk yarısında Mətbuat Şurasına daxil olan şikayətlərin şəhər və bölgələr üzrə təsnifatında birinci üç yeri Bakı (78 şikayət), Gəncə (11 şikayət), Lənkəran və Mingəçevir (9 şikayət) tutur. Ümumilikdə Şuraya 28 bölgədən 2-dən çox, 10 bölgədən isə hərəsindən 1 şikayət göndərilib.
Mətbuat Şurasının İdarə Heyəti Şuranın Şikayətlər üzrə Komissiyasının və «Reket» jurnalistikaya qarşı mübarizə Komissiyasının təqdimatı əsasında 2009-cu ilin birinci yarısı ərzində iki dəfə «reket» nəşrlərin adlarını açıqlayıb. Fevralda 36, apreldə isə 19 nəşrin adı «reket» elan olunub. Şuranın İdarə Heyətinin müvafiq qərarı ilə mətbuatın «qara siyahı»sı tərtib olunub və həmin siyahıya MŞ-nin əvvəlki illərdə çıxardığı qərarlara əsasən, «reket» elan olunan 16 kütləvi informasiya vasitəsinin də adı daxil edilib. Mətbuatın 71 nəşrdən ibarət «qara siyahı»sı tanınıb, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrində dərc edilib. Şura ictimaiyyətin məsələni diqqətdə saxlaması üçün «reket» nəşrlərin siyahısını xüsusi tərtibatda 5000 nüsxədə çap etdirib, sənədin paytaxtda və ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlara çatdırılmasını həyata keçirib.
Hesabat dövründə MŞ-ya Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun formalaşdırılması ilə bağlı təkliflərini hazırlamaq tövsiyə olunub. Fondun 3 aprel 2009-cu il tarixdə prezident fərmanı ilə təsdiqlənmiş Nizamnaməsinə əsasən, MŞ yeni qurumun Müşahidə Şurasına 9 nəfəri KİV-lərdən, 9 nəfəri jurnalist təşkilatlarından olmaqla 18 namizədin siyahısını müəyyənləşdirərək Prezident Administrasiyasına təqdim edib. Ölkə prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə həmin siyahıda yer alan 18 nəfərdən 3-ü KİV-lərdən, 3-ü jurnalist təşkilatlarından olmaqla 6 nəfəri Fondun Müşahidə Şurasına üzv təsdiqlənib.
Mətbuat Şurası bu ilin fevralından başlayaraq ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə «Mətbuatda peşə etikası norma və qanunlarının gözlənilməsi» layihəsi çərçivəsində ölkənin 60-dək aparıcı media vasitəsində monitorinq keçirir. Monitorinqin gedişində peşə prinsiplərinin pozulmasına yol verən KİV-lərin rəhbərləri ilə görüşlər keçirilib. Həmçinin aylar üzrə monitorinqin nəticələri ictimaiyyətə açıqlanıb. Layihə çərçivəsində «Mətbuatda peşə etikası və qanunlarının gözlənilməsi» adlı bülleten hazırlanıb. Bülleten 45 səhifədən ibarətdir və sənəddə xüsusi vurğulanmalı cəhət orada monitorinqin üç aylıq müqayisəli hesabatının yer almasıdır.
Şura ölkənin aparıcı KİV-lərində bu il aprelin 30-dan mayın 15-dək olan dövrü əhatə edən xüsusi monitorinq də keçirib. Monitorinqdə məqsəd aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciənin mediada işıqlandırılması səviyyəsinə aydınlıq gətirmək, peşəkarlıq xüsusiyyətlərini dəyərləndirmək olub.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?