Bank Of Baku

Mirzə Şərif Mirzəyevin “Qafqazda türk mətbuatının tarixinə dair materiallar” kitabının təqdimatı keçirilib

Mirzə Şərif Mirzəyevin “Qafqazda türk mətbuatının tarixinə dair materiallar” kitabının təqdimatı keçirilib
# 22 iyul 2009 10:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – Bakı. “Akkord” Şirkətlər Qrupunun maliyyə dəstəyi ilə çar Rusiyasının ilk və son azərbaycanlı senzoru Mirzə Şərif Mirzəyevin “Qafqazda türk mətbuatının tarixinə dair materiallar” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən kitabın tərtibçisi Elmira Qasımova bildirib ki, 1906-cı ildən 1918-ci ilə qədər şərq dilləri üzrə baş senzor işləyən Mirzə Şərif Mirzəyev həmin dövr Azərbaycan jurnalistikasının çiçəklənməsinə çalışan şəxs olub: “Bu kitab 1925-ci ildə nəşr olunmalı idi. Lakin kitabın nəşrini görmək müəllifə qismət olmadı. Kitabı sonradan nəşr etmək istəyən AMEA-nın müxbir üzvü Əziz Mirəhmədova da, məhrum jurnalist Məmməd Nazimoğluna da bu, qismət olmadı. Bu kitab yalnız “Akkord” Şirkətlər Qrupunun sayəsində işıq üzü görüb”.

“Akkord” Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva isə bildirib ki, kitab Milli Mətbuat Günündə jurnalistlərə bayram hədiyyəsidir. Onun sözlərinə görə, rus dilində nəşr edilən kitab yaxın gələcəkdə Azərbaycan və ingilis dillərinə də tərcümə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR