Bank Of Baku

ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycan jurnalistlərini təbrik edib

ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycan jurnalistlərini təbrik edib
# 22 iyul 2009 10:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edib. APA-nın məlumatına görə, səfir Azərbaycan milli mətbuatının tarixini xatırladaraq bildirib ki, Azərbaycan xalqı və mediası bir çox maneələri dəf edərək uzun və şərəfli bir yol keçib: “Bu gün Azərbaycanda çoxsaylı qəzet, televiziya, radio, agentlik və getdikcə populyarlaşan onlayn nəşrlər fəaliyyət göstərir. ATƏT-in aparıcı prinsiplərindən sayılan fikir və media azadlığı cəmiyyətin inkişafını təmin edən əsas faktorlardan biridir. Hakimiyyət və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq şəraitində bu dəyərlərin Azərbaycanda təşviqi, media və fikir azadlığı üçün hüquqi mühitin yaxşılaşdırılması və tətbiqinin təminatı istiqamətində əlimizdən gələni etməyə hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR