Bank Of Baku

Azərbaycan Qadın Jurnalistlər Birliyi Milli Mətbuat Günü ilə bağlı tədbir keçirib

Azərbaycan Qadın Jurnalistlər Birliyi Milli Mətbuat Günü ilə bağlı tədbir keçirib
# 22 iyul 2009 14:01 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan Qadın Jurnalistlər Birliyi Milli Mətbuat Günü ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, birliyin sədri Sevinc Osmanqızı qadın jurnalistlərin cəmiyyətdə rolu və peşəkar inkişafından danışıb. ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel isə mətbuat azadlığının vacibliyini qeyd edərək Azərbaycan mediasına hər zaman dəstək verməyə hazır olduqlarını deyib. Millət vəkili Gültəkin Hacıbəyli mətbuatı cəmiyyətin inkişaf göstəricisi adlandıraraq bildirib ki, cəmiyyət gözəl olanda, onun mətbuatı da gözəl olur: “Bu bayram həm də bizim bayramımızdır. Mətbuat daha çox biz siyasətçilərə xidmət edir”.

APA-nın baş direktoru Vüsalə Mahirqızı isə jurnalist qadınların fədakarlığından bəhs edərək onların həm ailə, həm də peşə vəzifələrini layiqincə yerinə yetirdiklərini vurğulayıb. O, qadın jurnalistlərin rəhbər vəzifələrdə çalışmasını arzulayıb: “Qadın nə qədər yuxarıda olarsa, ölkədə o qədər sülh və əmin-amanlıq olar”.

Tanınmış jurnalist Telli Pənahqızı gənc jurnalistlərə insanlara əsl həqiqətləri çatdırmağı tövsiyə edib.

Sonda qonaqlar qadın jurnalistlərin öz əlləri ilə hazırladıqları nemətlərdən dadıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR