Bank Of Baku

Qarabağ mövzusunun və Xocalı soyqırımının KİV-də işıqlandırılması ilə bağlı dəyirmi masa keçirilib

Qarabağ mövzusunun və Xocalı soyqırımının KİV-də işıqlandırılması ilə bağlı dəyirmi masa keçirilib
# 24 iyul 2009 10:43 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Azərbaycan Mətbuat Şurası və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qarabağ mövzusunun və Xocalı soyqırımının KİV-də işıqlandırılması ilə bağlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Xocalı soyqırımının və ümumilikdə Qarabağ mövzusunun yerli və xarici mətbuatda daha geniş təbliği məqsədilə hər iki qurum tərəfindən yazı müsabiqəsi elan olunur: “Qarabağ mövzusunun, Xocalı soyqırımının yerli və xarici mətbuatda daha geniş işıqlandırılmasına görə mükafatlar veriləcək. Müsabiqə 6 ay - avqustun 1-dən gələn il fevralın 1-dək davam edəcək. Bu müddət ərzində müsabiqədə iştirak edəcək yerli jurnalistlər yaradılan işçi qrupuna Qarabağ mövzusu və Xocalı soyqırımı haqqında 5 qəzet materialı təqdim etməlidir”.

Tədbirdə Xocalı faciəsinin mətbuatda işıqlandırılmasında müstəsna xidmətləri olan şəxslər mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR